Ucarda ağır qəza: Ölən var
23 May 2026, 18:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
837
05.11.2025, 10:43
8 Noyabr – Zəfər bayramının ardından ölkədə genişmiqyaslı həbslər və kadr dəyişikliklərinin başlaya biləcəyi barədə iddialar gündəmə gəlib. Məlumata görə, proses əsasən müəyyən qrupları və vəzifəli şəxsləri hədəfə ala bilər.
İddialar cəmiyyət və siyasi çevrələrdə ciddi maraq doğurub. Xüsusilə son aylarda aparılan antikorrupsiya əməliyyatlarının fonunda bunun reallıq payının yüksək olduğu ehtimal edilir.
Səsləndirilən fikirlər nə dərəcədə əsaslıdır? Əsasən kimlər hədəfdə ola bilər?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, həbslərin kampaniya şəklində aparılması barədə yayılan məlumatlar inandırıcı deyil:
“Bunun real olmadığını düşünürəm. Hər hansı şəxs cinayət törədibsə, bu, dərhal Cinayət Məcəlləsinə uyğun araşdırılmalı və qanuni tədbirlər görülməlidir. Zəfər bayramından sonra xüsusi həbs dalğasının başlanacağına dair iddialar inandırıcı görünmür. Hazırda bir neçə yüksək vəzifəli şəxs barəsində ağır cinayət işləri açılıb. Məsələn, Ramiz Mehdiyevə qarşı dövlət çevrilişinə cəhd və dövlətə xəyanət ittihamları, eləcə də korrupsiya faktları üzrə istintaq işləri mövcuddur. Bəzi şəxslər korrupsiyanı artıq dövlət siyasəti səviyyəsinə qaldırıb və bu sahədə araşdırmaların, həbslərin davam edəcəyi gözləniləndir. Cinayətlərin dairəsi genişlənə, daha çox şəxsi əhatə edə bilər. Lakin bunu məqsədyönlü “kampaniya” kimi təqdim etmək doğru deyil”.
Partiya sədri qeyd edib ki, cinayət təqibi bayram və ya başqa tarixlərlə əlaqələndirilə bilməz:
“Bəzi şəxslər bu mövzuda şayiələr yaymaqla cəmiyyət və dövlət strukturlarında ajiotaj yaratmaq, məmurları qorxuya salmaq və onları yanlış addımlar atmağa sövq etmək istəyə bilər. Bu, həm də rüşvət və özünü sığortalama cəhdlərinin artmasına yol aça bilər”.
S.Cəlaloğlu xatırladıb ki, Balakən rayon icra başçısının başqa rayon rəhbəri ilə ortaq biznesi barədə məlumatlar ortaya çıxıb:
“Belə hallarda istintaqın davamı olaraq yeni fiqurların ortaya çıxması təbiidir və bunu “kampaniya” deyil, istintaqın məntiqi prosesinin tələbi kimi qiymətləndirmək lazımdır”.
18:09 / 23 May 2026
20
18:00 / 23 May 2026
7
17:46 / 23 May 2026
62
17:43 / 23 May 2026
147
14:55 / 23 May 2026
500
14:53 / 23 May 2026
220
14:51 / 23 May 2026
208
11:44 / 23 May 2026
107
11:41 / 23 May 2026
128
11:40 / 23 May 2026
100
10:08 / 23 May 2026
177
01:03 / 23 May 2026
277
00:16 / 23 May 2026
583
00:09 / 23 May 2026
541
00:06 / 23 May 2026
278
00:04 / 23 May 2026
218
00:00 / 23 May 2026
507
23:49 / 22 May 2026
189
23:45 / 22 May 2026
688
23:43 / 22 May 2026
475
23:38 / 22 May 2026
332
23:30 / 22 May 2026
284
23:30 / 22 May 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.