Ucarda yaşayış binası yandı - Fotolar
23 May 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1303
04.11.2025, 16:15
Dövlət hakimiyyətinə qarşı ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin vəkilləri apellyasiya şikayətlərindən imtina edib.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərini geri götürməsi onun məlum məktubunun mətbuatda yayılmasından sonra baş verib.
Bir sözlə desək, bu məktubun yayılması müdafiə tərəfini fakt qarşısında qoyub. Apellyasiya şikayətlərinin lüzumsuzluğunu görən müdafiə tərəfi həmin şikayətlərdən imtina edib.
“Boz kardinal” hələ ev dustağı edilməzdən əvvəl aparılan istintaq hərəkətlərindən apellyasiya şikayətləri vermişdi. Ramiz Mehdiyevin vəkilləri tərəfindən tələsik şikayət təqdim edilən qərarlardakı sənədlər cinayət işi üçün xüsusi əhəmiyyət kəsb edir.
Mübahisələndirilən sənədlər arasında Səbail Rayon Məhkəməsinin 2025-ci il 13 avqust tarixli qərarı da yer alıb. Həmin qərarla Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsinə icazə verilmişdi. Qərarlardan digəri əsasında isə rabitə kanalları ilə ötürülən məlumatlar ələ keçirilib, “Şərq-Qərb” nəşriyyatında və digər ünvanlarda axtarış tədbirləri aparılıb. Müvafiq qərarlar Ramiz Mehdiyevin əməllərinin hələ uzun müddət əvvəl ifşa olunduğunu və ətrafında iş aparıldığını göstərir.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlət hesabına təyin edilən müdafiəçisindən əlavə özünə daha iki vəkil tutub. Bu günə qədər nə özü, nə ailə üzvləri, nə də vəkilləri ittihamlara münasibət bildirib. Ötən gün isə Mehdiyevə yaxınlığı ilə tanınan, Prezident Administrasiyasının sabiq əməkdaşı, AMEA-nın Katibliyinin rəisi olub faktiki olaraq AMEA-dakı prosesləri R.Mehdiyevin adından idarə etmiş Eldar Əmirov da eyni cinayət işi üzrə dövlət çevrilişinə cəhddə iştirakçılığa görə həbs edilib.
19:52 / 23 May 2026
91
19:44 / 23 May 2026
213
19:32 / 23 May 2026
101
19:30 / 23 May 2026
68
19:26 / 23 May 2026
61
19:19 / 23 May 2026
59
19:02 / 23 May 2026
69
18:39 / 23 May 2026
71
18:35 / 23 May 2026
393
18:33 / 23 May 2026
82
18:27 / 23 May 2026
74
18:23 / 23 May 2026
65
18:09 / 23 May 2026
87
18:00 / 23 May 2026
79
17:46 / 23 May 2026
83
17:43 / 23 May 2026
291
14:55 / 23 May 2026
791
14:53 / 23 May 2026
236
14:51 / 23 May 2026
253
11:44 / 23 May 2026
116
11:41 / 23 May 2026
137
11:40 / 23 May 2026
107
10:08 / 23 May 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.