Ucarda yaşayış binası yandı - Fotolar
23 May 2026, 18:39
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
565
04.11.2025, 15:28
Lənkəran sakini əməliyyatdan sonra ölüb.
APA-nın verdiyi xəbərə görə, oktyabrın 28-də Lənkəran rayon mərkəzi xəstəxanasına qarında yırtıq səbəbi ilə daxil olan Lənkəran şəhər sakini 1965-ci il təvəllüdlü Şiyavuş Rzayev əməliyyat olunub, daha sonra ölüb.
Həyat yoldaşı Azadə Rzayevanın sözlərinə görə, S. Rzayev elə həmən gün əməliyyat olunub, əməliyyatdan sonra özünü pis hiss edib: "Ölümə səbəb həkim səhlənkarlığı olub. Öyrəndik ki, əməliyyat edən İshaq həkim yoldaşımın bağırsağını deşib və buna görə onun qarnı şişib, zəhərlənmə verib. Sağ olsunlar, xəstəxananın o biri həkimləri, əllərindən gələni etdilər və 2 gün bundan əvvəl yoldaşımı yenidən əməliyyata saldılar. Artıq gec olduğundan yoldaşımı xilas edə bilmədilər. Əməliyyatdan sonra İshaq doktoru xəstəxanada tapa bilmirik. Yoldaşımın ölümünə o səbəb olub".
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən isə APA-ya bildirilib ki, oktyabrın 29-da saat 02:15 radələrində qasıq nahiyyəsində kəskin ağrılar, şişkinlik, ürəkbulanma və qusma şikayətləri ilə 1965-ci il təvəllüdlü şəxs (kişi) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub: “Ona sol tərəfli boğulmuş iri həcmli qasıq yırtığı diaqnozu təyin edilib, müvafiq tibbi müayinələrdən keçirildikdən sonra təcili qaydada hospitalizasiya olunaraq əməliyyat blokuna alınıb. Cərrahi müdaxilədən sonra pasiyentin vəziyyəti əməliyyata adekvat qiymətləndirilmiş və müsbət dinamika müşahidə edilib. Lakin niyabrın 1-də xəstənin vəziyyəti qəflətən pisləşdiyi üçün yenidən cərrahi əməliyyata alınmış və xəstəyə sol tərəfli hemikolektomiya, stomanın qoyulması proseduru icra edilib.
Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin aparılan bütün reanimasiya tədbirlərlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq noyabrın 4-də saat 07:30 radələrində bioloji ölüm faktı qeydə alınıb. Meyit məhkəmə-tibbi ekspertizası aparılması üçün müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib”.
19:52 / 23 May 2026
91
19:44 / 23 May 2026
213
19:32 / 23 May 2026
101
19:30 / 23 May 2026
68
19:26 / 23 May 2026
61
19:19 / 23 May 2026
59
19:02 / 23 May 2026
69
18:39 / 23 May 2026
71
18:35 / 23 May 2026
393
18:33 / 23 May 2026
82
18:27 / 23 May 2026
74
18:23 / 23 May 2026
65
18:09 / 23 May 2026
87
18:00 / 23 May 2026
79
17:46 / 23 May 2026
83
17:43 / 23 May 2026
291
14:55 / 23 May 2026
791
14:53 / 23 May 2026
236
14:51 / 23 May 2026
253
11:44 / 23 May 2026
116
11:41 / 23 May 2026
137
11:40 / 23 May 2026
107
10:08 / 23 May 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.