TƏCİLİ! Sumqayıtda DƏHŞƏT yaşandı - Yaralananlar var
23 May 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
871
04.11.2025, 10:52
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Göygöldə 2 gəncin öldüyü, 2-nin yaralandığı yol qəzası barədə məlumat və görüntü yayıb.
Oxu24.com xəbər verir ki, idarənin şöbə rəisi, Rövşən Tağıyev deyib ki, noyabrın 2-də saat 23:40 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən Bakı–Qazax–Gürcüstan sərhədi avtomobil yolunun 371-ci kilometrində 27 yaşlı Elvin Məmmədovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil idarəetməni itirərək yolun sağ kənarındakı dəmir səddə çırpılıb və aşıb.
Nəticədə sürücü Elvin Məmmədov və avtomobildə olan 16 yaşlı İsmət Əliyev hadisə yerindəcə həyatını itirib, digər iki sərnişin — Sanan və Tunar isə ağır xəsarətlər alıb: "Qəza anından əvvəl sərnişinlərdən biri sürücünü ehtiyatlı olmağa çağırıb. Deyib ki, ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür! Bu cümlə bir xəbərdarlıq idi, amma təəssüf ki, eşidilmədi. Və nəticədə bir neçə ailənin həyatı alt-üst oldu. Sükan arxasında edilən bir anlıq səhv bəzən bir ömrü deyil, bir neçə həyatı yarıda qoyur. Həyat heç bir ‘cəsarət nümayişi’ və ya ‘bacarıq sınağı’ üçün qurban verilə bilməz”.
R. Tağıyev əlavə edib ki, bu cür hadisələr bir daha göstərir ki, yol nə zarafat yeri, nə də cəsarət meydanıdır: "Hər kilometrin sonunda həyat dayanır – ya sağ, ya da itirilmiş halda. Heç bir sürət həyəcanı bir gəncin gülümsəməsinə əvəz etməz, heç bir ‘mən bacarıram’ sözü bir ananın göz yaşını silə bilməz".
Şöbə rəisi bir daha sürücülərə xatırladıb ki, sükan arxasında məsuliyyətli olsunlar, sürət həddini aşmasınlar, təhlükəsiz məsafəni qoruyub, hər zaman ehtiyatla hərəkət etsinlər.
21:02 / 23 May 2026
11
20:59 / 23 May 2026
1
20:54 / 23 May 2026
32
20:39 / 23 May 2026
23
20:19 / 23 May 2026
42
19:52 / 23 May 2026
218
19:44 / 23 May 2026
255
19:32 / 23 May 2026
172
19:30 / 23 May 2026
80
19:26 / 23 May 2026
71
19:19 / 23 May 2026
77
19:02 / 23 May 2026
82
18:39 / 23 May 2026
82
18:35 / 23 May 2026
576
18:33 / 23 May 2026
94
18:27 / 23 May 2026
85
18:23 / 23 May 2026
77
18:09 / 23 May 2026
97
18:00 / 23 May 2026
91
17:46 / 23 May 2026
91
17:43 / 23 May 2026
345
14:55 / 23 May 2026
995
14:53 / 23 May 2026
252
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.