TƏCİLİ! Sumqayıtda DƏHŞƏT yaşandı - Yaralananlar var
23 May 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1732
03.11.2025, 19:49
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.
Maraqlıdır, ev dustaqlığında olan Ramiz Mehdiyevi kimlər ziyarət edir, ümumiyyətlə, qanun yaxınlarının onunla görüşməsini qadağan edirmi?
Mövcud qanunvericiliyə görə, ev dustaqları (elektron qolbaqla ev dustaqlığında olan şəxslər) müəyyən şərtlərlə yaxınları ilə görüşə bilərlər, lakin bu, məhkəmənin qərarından və nəzarəti həyata keçirən orqanın müəyyən etdiyi qaydalardan asılıdır.
Başqa sözlə, yaxın qohumların evə gəlməsi və görüşməsi adətən qadağan edilmir. Amma müəyyən hallarda bu qadağan edilə bilər. Belə ki, bu görüş istintaqın gedişinə təsir edə bilərsə, həmin təmaslara icazə verilmir.
Əgər şəxsə konkret qadağalar qoyulubsa (məsələn, evə gələnlərin siyahısı məhdudlaşdırılıbsa), bu zaman yalnız icazə verilən şəxslərlə görüşmək mümkündür.
Ramiz Mehdiyevin ağır dövləti cinayətlərdə ittiham olunduğunu nəzərə alsaq, onunla görüşə icazə verilən şəxslərin siyahısının məhdud olduğunu düşünmək olar.
Savashmedia.az -ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev ev dustaqlığını məşhur "Avropa" otelinin yanında, Tiflis prospektindəki villasında çəkir. Həyat yoldaşı Qalina Mehdiyevanın da onun yanında olduğu bildirilir.
Övladlarına gəlincə isə onların heç birinə Ramiz Mehdiyevlə görüş icazəsi verilməyib.
Sabiq PA rəhbərinin qaldığı evə giriş izni olan yeganə şəxs isə Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisidir. Bütün alış-veriş və bazarlıq işlərini də onun həyata keçirdiyi bildirilir.
Xatırladaq ki, bir müddət öncə mediaya açıqlama verən mühafizəçi bunu təsdiqləmiş və evin bazarlıq işləri ilə məşğul olduğunu demişdi.
22:51 / 23 May 2026
1
22:46 / 23 May 2026
4
22:31 / 23 May 2026
46
22:20 / 23 May 2026
54
22:02 / 23 May 2026
46
21:45 / 23 May 2026
153
21:35 / 23 May 2026
143
21:28 / 23 May 2026
147
21:13 / 23 May 2026
183
21:02 / 23 May 2026
200
20:59 / 23 May 2026
159
20:54 / 23 May 2026
171
20:39 / 23 May 2026
194
20:19 / 23 May 2026
98
19:52 / 23 May 2026
302
19:44 / 23 May 2026
301
19:32 / 23 May 2026
253
19:30 / 23 May 2026
87
19:26 / 23 May 2026
83
19:19 / 23 May 2026
85
19:02 / 23 May 2026
91
18:39 / 23 May 2026
91
18:35 / 23 May 2026
1098
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.