TƏCİLİ! Sumqayıtda DƏHŞƏT yaşandı - Yaralananlar var
23 May 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
570
03.11.2025, 19:30
Daşkəsən rayonunda 20 yaşlı gənc marketdə iş yoldaşını qətlə yetirib.
Sfera.az-ın məlumatına görə, hadisə rayon ərazisindəki "Dilqəm" marketdə baş verib. Həmin marketdə işləyən, 2005-ci il təvəllüdlü Sənan Şəfiyev mağaza rəhbərinin göstərişi ilə mağazanın vitrinlərinə məhsullar düzməklə məşğul olub. Bir müddətdən sonra mağaza müdiri onun maaşını artırıb və eyni zamanda o, kassir də işləyib.
Həmin vaxt marketdə digər satıcı, 1998-ci il təvəllüdlü Məhəbbət Hüseynov da işləyib və o da vaxtaşırı vitrinlərə nəzarət edib.
Bir gün Məhəbbət mağazanın Sənana aid hissəsindəki vitrinlərin düzülmədiyini görüb və həmin vitrinləri də özü düzüb. O, sonra həmin məsələyə görə Sənana irad tutub. Sənan isə həmin işin Məhəbbətə aid olduğunu deyib və aralarında mübahisə yaranıb. Məhəbbət Sənanı mağazadan çölə çağırıb və gəlməyəni söyüb. Bundan ardınca o, mağazadan dabankeşi götürərək Sənanı vurmaq istəyərkən qarşı tərəf marketdə yağ kəsmək üçün olan bıçağı götürərək Məhəbbətin üstünə gedib. O, Məhəbbəti ürəyindən bıçaqlayıb. Məhəbbətin yıxıldığını görən Sənan hadisə yerindən qaçıb.
Məhəbbət xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sənan saxlanılıb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanıb və iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə S.Şəfiyev 12 il azadlıqdan məhrum edilib.
22:51 / 23 May 2026
1
22:46 / 23 May 2026
4
22:31 / 23 May 2026
46
22:20 / 23 May 2026
54
22:02 / 23 May 2026
46
21:45 / 23 May 2026
153
21:35 / 23 May 2026
143
21:28 / 23 May 2026
147
21:13 / 23 May 2026
183
21:02 / 23 May 2026
200
20:59 / 23 May 2026
159
20:54 / 23 May 2026
171
20:39 / 23 May 2026
194
20:19 / 23 May 2026
98
19:52 / 23 May 2026
302
19:44 / 23 May 2026
301
19:32 / 23 May 2026
253
19:30 / 23 May 2026
87
19:26 / 23 May 2026
83
19:19 / 23 May 2026
85
19:02 / 23 May 2026
91
18:39 / 23 May 2026
91
18:35 / 23 May 2026
1098
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.