Əsədova saxlanılıb: DİN
16 Noyabr 2026, 08:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
666
01.11.2025, 00:07
Xaçmazın Çaykənarı kəndində qətl hadisəsi baş verib.
Kənd sakini Həqiqət Məmmədova bıçaqlanaraq öldürülüb. Hadisəni qadının 17 yaşlı oğlunun törətdiyi bildirilir.
Məlumata görə, yeniyetmə anasını qısqanclıq zəminində qətlə yetirib.
“İki oğlu var, balacası öldürüb anasını. Hadisə telefon üstündə baş verib. Oğlu deyib ki, danışma, telefonu ver, sındıracağam”, – mərhumun qohumu deyib.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkimi Orxan Şeydayev bildirib ki, oktyabrın 29-u saat 19:30 radələrində 1983-cü il təvəllüdlü şəxs (qadın) tibb müəssisəsinə hospitalizasiya olunub: “Ona döş qəfəsinin, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları, daxilə nüfuz etməklə sol dirsək oynağı, sağ saidin, sol əlin ovuc hissəsinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, oktyabrın 30-da saat 19:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb”.
Qətli törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
08:45 / 16 Noyabr 2026
1
08:42 / 16 Noyabr 2026
15
08:32 / 16 Noyabr 2026
40
08:21 / 16 Noyabr 2026
49
08:01 / 16 Noyabr 2026
54
00:08 / 16 Noyabr 2026
175
23:41 / 15 Noyabr 2026
208
23:35 / 15 Noyabr 2026
331
23:32 / 15 Noyabr 2026
158
23:07 / 15 Noyabr 2026
568
22:43 / 15 Noyabr 2026
1554
22:34 / 15 Noyabr 2026
202
22:24 / 15 Noyabr 2026
165
22:05 / 15 Noyabr 2026
1302
21:57 / 15 Noyabr 2026
739
21:37 / 15 Noyabr 2026
1635
21:07 / 15 Noyabr 2026
1625
20:58 / 15 Noyabr 2026
773
20:55 / 15 Noyabr 2026
302
20:44 / 15 Noyabr 2026
493
20:39 / 15 Noyabr 2026
178
20:30 / 15 Noyabr 2026
215
20:09 / 15 Noyabr 2026
671
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.