TƏCİLİ! Sumqayıtda DƏHŞƏT yaşandı - Yaralananlar var
23 May 2026, 20:19
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2431
30.10.2025, 16:43
Mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinin sabiq müdiri, hazırda isə Rəyasət Heyəti Aparatının Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov barəsində cinayət təqibi aparıldığına dair məlumatlar yayılıb. Lakin o, bu iddiaları təkzib edib. Digər tərəfdən, hazırda AMEA-da araşdırmaların aparıldığı barədə xəbərlər də var.
Oxu24.com xəbər verir ki, REAL Partiyasının sədri Natiq Cəfərli Globalinfo.az-a açıqlamasında Ramiz Mehdiyev olayı ilə bağlı dindirilən və həbs olunanların çox olacağını bildirib.
“Elton Məmmədovla əlaqədar işdə məni şəxsən təəccübləndirən məqam oldu. Bu qədər ciddi bir məsələdə sadəcə 3 milyon manat mənimsəmə geri qaytarıldı və xəbərdarlıqla kifayətləndilər. Görünür, bu işin üzərinə daha ciddi şəkildə gediləcək. Ehtimal ki, bu prosesdə başqa şəxslərin də adları hallanacaq. Çünki burada çox geniş bir şəbəkədən və olduqca ağır ittihamlardan söhbət gedir”.
İqtisadçı bildirib ki, bu ittihamlar çərçivəsində dövlət çevrilişinə cəhdin iqtisadi, siyasi, hərbi, hətta media detalı da ola bilər:
“İstintaq və əməliyyat tədbirləri genişləndikcə, yeni adların da üzə çıxması tamamilə mümkündür”.
Hüquqşünas Əkrəm Həsənov xatırladıb ki, Ramiz Mehdiyev 1995-ci ildən etibarən 24 il ərzində Prezident Administrasiyasının rəhbəri vəzifəsində çalışıb:
“Vəzifəsindən azad olunduqdan sonra isə bir neçə il AMEA-ya rəhbərlik edib. Hamıya məlumdur ki, Azərbaycanda real idarəetmə mərkəzi Nazirlər Kabinetindən çox, Prezident Administrasiyasıdır. Kadr siyasəti, dövlət strukturlarında təyinatlar və digər mühüm qərarlar məhz burada formalaşır, ölkə başçısına təqdimatlar da bu qurum vasitəsilə hazırlanır. Heydər Əliyev dövründə də bütün təqdimat sənədlərinin arxasında imzası olan əsas şəxs Ramiz Mehdiyev idi. O, sovet idarəçilik məktəbindən keçmiş, intizamlı və işgüzar bir şəxs kimi tanınırdı”.
Hüquqşünasın sözlərinə görə, illərdir ki, idarəetmədə əksər məsələlər məhz Ramiz Mehdiyevin iştirakı ilə həll olunurdu:
“İndiki rəhbər şəxslər, əsasən, gənc nəslin nümayəndələridir, bu baxımdan fərqli idarəetmə tərzi formalaşıb. Ramiz Mehdiyev isə Azərbaycan dövlət idarəçiliyində elə bir sahə qoymayıb ki, orada təsiri hiss edilməsin. İcra hakimiyyətlərindən tutmuş nazirliklərə, dövlət komitələrinə qədər bir çox strukturlarda onun təyin etdiyi və ya yetişdirdiyi kadrlar çalışıb. Məhkəmə sistemində hakimlərin böyük bir hissəsi də vaxtilə Mehdiyevin dəstəyi ilə təyin olunub. Milli Məclisdə də vəziyyət fərqli deyil. İndiki deputatların əksəriyyəti əvvəlki çağırışlardan qalıb və Ramiz Mehdiyevin “süzgəcindən” keçən şəxslərdir”.
Xatırladaq ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisinin də dövlətə xəyanət və başqa cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.
02:00 / 24 May 2026
167
01:23 / 24 May 2026
219
01:14 / 24 May 2026
750
01:01 / 24 May 2026
261
00:58 / 24 May 2026
111
00:54 / 24 May 2026
503
00:51 / 24 May 2026
278
00:43 / 24 May 2026
464
00:41 / 24 May 2026
285
00:17 / 24 May 2026
442
00:03 / 24 May 2026
142
23:59 / 23 May 2026
348
23:59 / 23 May 2026
181
23:56 / 23 May 2026
287
23:50 / 23 May 2026
222
23:39 / 23 May 2026
484
23:36 / 23 May 2026
485
23:33 / 23 May 2026
135
23:25 / 23 May 2026
138
23:19 / 23 May 2026
126
23:17 / 23 May 2026
116
23:14 / 23 May 2026
275
23:11 / 23 May 2026
513
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.