“Azərişıq” məhkəmədə sakinlərə UDUZDU: Ölən inəklərin pulunu verməlidirlər
24 May 2026, 08:52
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
6029
29.10.2025, 23:40
Digər qardaşının da anoloji əmələ görə axtarışda olduğu deyilir.
İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun üç oğlunun vəzifədən azad olunmasının ardınca daha bir xəbər yayıldı.
Oxu24.com saytının əldə etdiyi məlumata görə, Saleh Səmədovun böyük qardaşı Atababa Səmədov da həbs olunub.
Onun digər qardaşı Sahib Səmədovun da anoloji əmələ görə barəsində axtarış elan edildiyi bildirilir.
Mənbənin verdiyi məlumata görə,Atababa Səmədov bir qrup şəxs ilə qrup şəklində dələduzluq əməli törətməkdə ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Atababa Səmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib.
Əldə etdiyimiz məlumata görə,Saleh Səmədovun qardaşının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə ittiham olunduğu üzə çıxıb.
O,da məlum olub ki, A.Səmədov illər öncə məhkəmənin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Verilən cəza şərti cəza ilə əvəz olunub.Lakin,sonra iş üzrə ittihamçı prokuror mövcud hökmdən narazı qaldığı üçün apellyasiya protesti verib və onun cəzası 5 ildən 7 ilə qaldırılıb.
Qaçıb gizləndiyi üçün A.Səmədov barədə hökm 1 il 6 aydan çox icra edilməyib.
Əməliyyat-axtarış tədbirləri ilə A.Səmədov sonralar həbs olunub və cəzaçəkmə müəssisəsinə göndərilib.Hazırda O Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etmişdi. O, sonradan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır.
Xatırladaq ki,sosial şəbəkələrdə Saleh Səmədov dövlətə xəyanət etməkdə suçlandırılan Ramiz Mehdiyevin çətiri altında olduğu bildirilir.
Miri Məcidli
09:14 / 24 May 2026
1
09:08 / 24 May 2026
16
09:04 / 24 May 2026
22
09:03 / 24 May 2026
21
08:55 / 24 May 2026
102
08:52 / 24 May 2026
59
08:47 / 24 May 2026
47
02:00 / 24 May 2026
196
01:23 / 24 May 2026
249
01:14 / 24 May 2026
927
01:01 / 24 May 2026
276
00:58 / 24 May 2026
116
00:54 / 24 May 2026
562
00:51 / 24 May 2026
319
00:43 / 24 May 2026
498
00:41 / 24 May 2026
312
00:17 / 24 May 2026
484
00:03 / 24 May 2026
153
23:59 / 23 May 2026
365
23:59 / 23 May 2026
188
23:56 / 23 May 2026
309
23:50 / 23 May 2026
229
23:39 / 23 May 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.