"Qızıl Aypara" adından fırıldaq: İmkansız ailələri "ömürlük təqaüd" vədi ilə tora salan Aylin KİMDİR?
24 May 2026, 09:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
998
27.10.2025, 18:45
"Bolmart” mağazalar şəbəkəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir.
Oxu24.com xəbər verir ki, bu haqda məlumatı “Barometr TV” teleqram kanalı yayıb. Əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır. Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzibedici məlumat da verilməyib.
Musavat.com-un məlumatına görə, “Bolmart” mağazalar şəbəkəsi son illər Azərbaycanda ən sürətlə genişlənən pərakəndə ticarət brendlərindən biri kimi tanınır. Lakin şirkətin real sahibləri, maliyyə hesabatları və fəaliyyət şəffaflığı barədə ictimaiyyətə təqdim olunan məlumatlar çox məhduddur.
Araşdırmaya görə, “Bolmart” brendinin arxasında Pro-Mart MMC adlı şirkət dayanır. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən, bu şirkət Az Fast Moving Business MMC və Unitrade Group MMC tərəfindən təsis edilib. Hər iki qurumun 50 faiz payla ortaqlığı qeydə alınıb. “Bolmart”ın hüquqi təmsilçisi isə əvvəlcə Ramil Əşrəf oğlu Məmmədov, daha sonra isə Bolmart Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru olub.
Maraqlı məqam ondan ibarətdir ki, açıq mənbələrdə Pro-Mart MMC-nin təqdim etdiyi son maliyyə hesabatlarına görə, şirkət bir ildə 141 milyon manatdan artıq satış dövriyyəsi əldə edib. Amma həmin hesabatda xalis mənfəət cəmi 27 min manat göstərilib. Yəni yüz milyonlarla manatlıq ticarət dövriyyəsinə malik şirkət, kağız üzərində demək olar ki, qazanc gətirməyib.
Ətraflı
Bu, ictimaiyyət arasında ciddi suallar doğurur: Necə olur ki, ölkənin ən çox filialı olan supermarket şəbəkələrindən biri ildə cəmi bir mənzilin qiyməti qədər gəlir göstərir? Vergi və maliyyə şəffaflığı məsələsi burada açıq qalır.
Məlumatlara görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bir müddət əvvəl “Bolmart” şəbəkəsinin fəaliyyətində bəzi pozuntularla bağlı araşdırma aparıb və Pro-Mart MMC barəsində inzibati icraat açılıb.
Şirkətin bəzi filiallarında malların keyfiyyəti və saxlama şəraiti ilə bağlı da zamanla şikayətlər mövcud olub. Bundan əlavə, ötən illərdə “Bolmart”da baş verən qida zəhərlənməsi hadisəsi də ictimai rezonans doğurmuşdu. Həmin vaxt rəsmi açıqlamalarda mağazalarda sanitariya qaydalarının pozulduğu bildirilmişdi.
Hazırda “Bolmart” respublika üzrə 20-dən çox filialla fəaliyyət göstərir. Şirkət özünü “yerli brend” kimi təqdim etsə də, onun arxasında dayanan hüquqi və maliyyə əlaqələri barədə ətraflı məlumat ictimaiyyətə açıqlanmayıb.
Milyonlarla manatlıq dövriyyəyə malik şirkətlərin vergidən yayınma və ya real gəlirləri gizlətmə ehtimalı daim gündəmdə qalır.
16:59 / 24 May 2026
1
16:49 / 24 May 2026
32
16:40 / 24 May 2026
137
16:00 / 24 May 2026
75
14:57 / 24 May 2026
91
14:47 / 24 May 2026
147
14:43 / 24 May 2026
321
14:36 / 24 May 2026
115
14:30 / 24 May 2026
283
14:23 / 24 May 2026
113
14:18 / 24 May 2026
79
14:08 / 24 May 2026
82
14:06 / 24 May 2026
1659
14:03 / 24 May 2026
83
13:38 / 24 May 2026
106
13:06 / 24 May 2026
104
12:47 / 24 May 2026
103
12:22 / 24 May 2026
225
11:57 / 24 May 2026
223
11:40 / 24 May 2026
209
11:05 / 24 May 2026
142
11:03 / 24 May 2026
112
11:00 / 24 May 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.