"Qızıl Aypara" adından fırıldaq: İmkansız ailələri "ömürlük təqaüd" vədi ilə tora salan Aylin KİMDİR?
24 May 2026, 09:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
560
27.10.2025, 14:04
Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinq nəticəsində "MTV" televiziya kanalının efirində 22 oktyabr 2025-ci il tarixdə saat 20.31-21.24 arası yayımlanan "Toya gəlmişik" proqramının yayımı zamanı "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 9.3-cü maddəsinin tələbinin pozulması faktı aşkar olunub.
Bu barədə Oxu24.com-a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, həmin proqramın yayımı zamanı bölgələrin birində keçirilmiş, qohumların (xalaqızı və xalaoğlunun) toy məclisi nümayiş etdirilib: "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə əsasən qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.4-cü maddəsinə əsasən ailə institutunu nüfuzdan salan informasiya olmaqla uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir və yayımına məhdudiyyət qoyulur.
Bir neçə gün əvvəl digər yayımçı tərəfindən bu qəbildən pozuntu halı törədilmiş və Audiovizual Şuranın iclasında həmin yayımçıya xəbərdarlıq olunub. Həmin yayımçıya xəbərdarlıq olunanda bütün yayımçılardan diqqətli olmaları və bu istiqamətdə monitorinqlərin davam edəcəyi bildirilib.
Təəssüflə qeyd olunmalıdır, həmin haldan bir neçə gün sonra "MTV" kanalında yuxarıda qeyd olunan pozuntu halı baş verib. Məsələnin ciddiliyini nəzərə alaraq və yayımçıların bu məsələyə bir daha diqqətini cəlb etmək məqsədilə 24 oktyabr 2025-ci il tarixində "MTV" kanalının aid olduğu "MUZ TV Azərbaycan" MMC-nin səlahiyyətli nümayəndəsi Audiovizual Şuraya dəvət edilib, pozuntu faktına görə inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq məhkəməyə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 388-2.0.4-cü maddəsinə əsasən qeyd olunan pozuntuya görə hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Audiovizual Şura bir daha bütün yayımçıları qanunvericiliyin tələblərinə ciddi əməl etməyə, digər yayımçılara tətbiq olunmuş sanksiyaların səbəbi olmuş pozuntuların baş verməməsi üçün redaksiya nəzarətini gücləndirməyə çağırır".
17:50 / 24 May 2026
1
17:17 / 24 May 2026
64
17:09 / 24 May 2026
75
16:49 / 24 May 2026
70
16:40 / 24 May 2026
247
16:00 / 24 May 2026
86
14:57 / 24 May 2026
99
14:47 / 24 May 2026
155
14:43 / 24 May 2026
375
14:36 / 24 May 2026
125
14:30 / 24 May 2026
324
14:23 / 24 May 2026
123
14:18 / 24 May 2026
86
14:08 / 24 May 2026
90
14:06 / 24 May 2026
1863
14:03 / 24 May 2026
93
13:38 / 24 May 2026
116
13:06 / 24 May 2026
116
12:47 / 24 May 2026
110
12:22 / 24 May 2026
234
11:57 / 24 May 2026
236
11:40 / 24 May 2026
216
11:05 / 24 May 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.