Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
16 Noyabr 2026, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2795
22.10.2025, 11:01
Bakı şəhəri Qaradağ rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, ölkələrarası yükdaşıma fəaliyyəti ilə məşğul olan 35 yaşlı Məhəmməd Quliyev saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun magistral yolun kənarında gizlətdiyi yerdən tərkibinə psixotrop maddələr əlavə edilmiş 5 kiloqram 670 qram marixuana və 4000 ədəd metadon həbi aşkarlanıb.
Həmçinin, M.Quliyevin idarə etdiyi "Mercedes" markalı iri tutumlu yük avtomobilinin salon hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerindən əlavə 2 kiloqram 260 qram marixuana və 2000 ədəd metadon həbi tapılaraq götürülüb.
Araşdırmalarla müəyyən edilib ki, M.Quliyev aşkar olunmuş narkotik vasitələri İrandan Aslandüz şəhəri ərazisində "İkram" adlı şəxsdən əldə edərək Biləsuvar rayonu istiqamətindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirib.
Törətdiyi cinayət əməllərinə görə həbs olunan M.Quliyevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
11:44 / 16 Noyabr 2026
16
11:40 / 16 Noyabr 2026
33
11:33 / 16 Noyabr 2026
39
11:27 / 16 Noyabr 2026
44
11:26 / 16 Noyabr 2026
62
11:20 / 16 Noyabr 2026
52
11:11 / 16 Noyabr 2026
57
11:06 / 16 Noyabr 2026
55
11:01 / 16 Noyabr 2026
57
10:57 / 16 Noyabr 2026
85
10:46 / 16 Noyabr 2026
63
10:41 / 16 Noyabr 2026
103
10:40 / 16 Noyabr 2026
98
10:37 / 16 Noyabr 2026
79
10:23 / 16 Noyabr 2026
88
10:04 / 16 Noyabr 2026
74
09:57 / 16 Noyabr 2026
110
09:47 / 16 Noyabr 2026
111
09:32 / 16 Noyabr 2026
83
08:54 / 16 Noyabr 2026
120
08:45 / 16 Noyabr 2026
123
08:42 / 16 Noyabr 2026
504
08:32 / 16 Noyabr 2026
120
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.