Tiktoker SAXLANILDI
13 Dekabr 2025, 17:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
183
30.05.2025, 13:56
“Hər bir gəncin ölümü çox üzücü və ağırdır. Ötən gün Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə açıqlaması oldu. Bu məsələyə aydınlıq gətirildi ki, həmin şəxs qəsdən öldürülməyib. Ona görə bu məsələyə toxunuram ki, bir çox hallarda bizlər istintaqın nəticəsini gözləmədən dərhal müxtəlif fərziyyələr irəli sürürük”.
Oxu24.com xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Gəncədə istifadəsiz qalmış yataqxana binasından yıxılaraq ölən 11-ci sinif şagirdi Elgün İbrahimovdan danışarkən bildirib.
“Bu fərziyyələr bir çox hallarda həmin gəncin ailəsinin dərdinin üzərinə dərd gətirir. Məsələn, onun valideyni fikirləşəcək ki, oğlumu öldürüblər, amma qatilləri azadlıqda gəzir və s. Son vaxtlar uzun illər bağlı qalmış çoxlu sayda qəsdən adam öldürmə cinayətlərinin üstü açılıb. Cinayətin qurbanlarının yaxınları təskinlik tapıblar ki, ədalət öz yerini tapdı. Həmin şəxslər ədalət mühakiməsi qarşısına çıxarılıb layiqli cəzalarını alıblar.
Həmçinin oxuyun
Bu məsələlərdə bizim hüquq-mühafizə orqanlarının prinsipial mövqeyini qeyd etmək lazımdır. Hüquq-mühafizə orqanlarını tənqid qərəzli olmalı deyil. Hüquq-mühafizə orqanlarını gözdən salanda bundan ən çox əziyyət çəkən vətəndaşlar olacaq. Vətəndaşlar hüquq-mühafizə orqanlarına kömək etməsələr, cinayətkarlığa qarşı effektiv mübarizə aparmaq olmayacaq”, - deyə, deputat əlavə edib.
Xatırladaq ki, Elgün İbrahimov mayın 12-də Azərbaycan Texnologiya Universitetinin istifadə olunmayan yataqxanasının qarşısında yarımcan halda tapılıb. Ötən gün Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Elgün İbrahimovun ölümü ilə bağlı məlumat yayıb. Məlumatda gəncə kənar şəxslər tərəfindən xəsarət yetirilmədiyi, heç bir zorakı hərəkətlərə yol verilmədiyi, onun hündürlükdən yıxılmaq nəticəsində aldığı çoxsaylı xəsarətlərdən öldüyü qeyd olunub.
17:09 / 13 Dekabr 2025
20
16:55 / 13 Dekabr 2025
67
15:58 / 13 Dekabr 2025
50
15:47 / 13 Dekabr 2025
47
15:39 / 13 Dekabr 2025
64
15:08 / 13 Dekabr 2025
1759
14:50 / 13 Dekabr 2025
67
14:38 / 13 Dekabr 2025
97
14:28 / 13 Dekabr 2025
86
14:22 / 13 Dekabr 2025
80
14:12 / 13 Dekabr 2025
259
13:14 / 13 Dekabr 2025
1294
13:07 / 13 Dekabr 2025
802
12:58 / 13 Dekabr 2025
599
12:16 / 13 Dekabr 2025
1154
12:08 / 13 Dekabr 2025
131
11:44 / 13 Dekabr 2025
86
11:30 / 13 Dekabr 2025
107
11:09 / 13 Dekabr 2025
968
11:07 / 13 Dekabr 2025
437
10:25 / 13 Dekabr 2025
1178
09:15 / 13 Dekabr 2025
904
09:06 / 13 Dekabr 2025
1030
08:45 / 13 Dekabr 2025
149
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.