18–24 yaşlı gənclər arasında cinayətlərin statistik mənzərəsi—RƏQƏMLƏR NƏ DEYİR?
13 Dekabr 2025, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
203
30.05.2025, 13:36
Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanaraq, ibtidai istintaq aparılır.
Bu barədə Oxu24.com-a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Bildirilib ki, istintaqla Müdafiə Nazirliyinin hərbi qulluqçusu olan Azad Məmmədovun N saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi müddətdə mənimsəmə və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin oxuyun
Bundan başqa, cinayət işi üzrə davam etdirilən istintaq tədbirləri ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmiş mülki şəxs Cahangir Hüseynovun müxtəlif hərbi vəzifəli şəxslərlə əlbir olaraq mənimsəmə törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Cahangir Hüseynov və Azad Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib, Cahangir Hüseynovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Azad Məmmədovun barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri olan bütün tədbirlərin görülməsi, o cümlədən cinayət törətmiş digər şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.
01:21 / 14 Dekabr 2025
539
00:52 / 14 Dekabr 2025
441
00:43 / 14 Dekabr 2025
121
00:04 / 14 Dekabr 2025
233
23:47 / 13 Dekabr 2025
956
23:44 / 13 Dekabr 2025
67
23:30 / 13 Dekabr 2025
75
22:45 / 13 Dekabr 2025
429
22:30 / 13 Dekabr 2025
122
22:28 / 13 Dekabr 2025
147
22:22 / 13 Dekabr 2025
160
22:11 / 13 Dekabr 2025
281
21:58 / 13 Dekabr 2025
434
21:34 / 13 Dekabr 2025
1181
21:21 / 13 Dekabr 2025
100
21:19 / 13 Dekabr 2025
130
21:15 / 13 Dekabr 2025
95
21:02 / 13 Dekabr 2025
85
20:49 / 13 Dekabr 2025
419
20:44 / 13 Dekabr 2025
113
20:36 / 13 Dekabr 2025
98
20:26 / 13 Dekabr 2025
92
20:01 / 13 Dekabr 2025
311
19:53 / 13 Dekabr 2025
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.