Polis bu rayonda əməliyyat keçirib
15 Dekabr 2025, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
187
30.05.2025, 11:52
Bakıda evinin mətbəxində eltisini qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilən “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ü.İlyasova üç il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, üç il iki ay müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, bu il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.
Həmçinin oxuyun
İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ü.İlyasova onu köməksiz vəziyyətdə qoyub. Nəticədə Səbirə Vəliyeva kəskin qanitirmədən dünyasını dəyişib.
Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, mərhum S. Vəliyeva Ü. İlyasovanın eltisidir.
00:25 / 16 Dekabr 2025
168
00:14 / 16 Dekabr 2025
71
00:03 / 16 Dekabr 2025
62
23:55 / 15 Dekabr 2025
60
23:51 / 15 Dekabr 2025
492
23:45 / 15 Dekabr 2025
54
23:28 / 15 Dekabr 2025
73
23:25 / 15 Dekabr 2025
49
23:21 / 15 Dekabr 2025
109
23:14 / 15 Dekabr 2025
54
23:08 / 15 Dekabr 2025
67
23:02 / 15 Dekabr 2025
64
22:54 / 15 Dekabr 2025
53
22:49 / 15 Dekabr 2025
69
22:48 / 15 Dekabr 2025
57
22:31 / 15 Dekabr 2025
86
22:27 / 15 Dekabr 2025
64
22:09 / 15 Dekabr 2025
411
21:59 / 15 Dekabr 2025
69
21:45 / 15 Dekabr 2025
94
21:10 / 15 Dekabr 2025
1797
20:54 / 15 Dekabr 2025
120
20:38 / 15 Dekabr 2025
1550
20:16 / 15 Dekabr 2025
84
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.