Astara komissarlığında İNSİDENT - Həbs olunan var
18 Noyabr 2026, 14:18
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
896
27.05.2025, 19:57
Bakıda qadın münasibətdə olduğu şəxs tərəfindən fiziki işgəncələrə məruz qaldığını iddia edib.
Bu barədə Oxu24.com saytına müraciət edən A.A. özü məlumat verib.
Qadının sözlərinə görə,hadisə Yasamal Rayonu ərazisində yerləşən yaşayış kompleksində baş verib.
"Bu şəxs məndən əl çəkmir.Zorla evimə soxuldu.Qapını sındırdı.Mənə işgəncələr verməyə başladı. Qonşuların köməkliyi ilə canımı zorla qurtardım.Mirzəyev Sübhan İlham oğlu barədə Yasamal rayonu,27-ci polis bölməsinə rəsmi şikayət etmişəm.Həmin şikayətimlə bağlı izahat yazmağa gedərkən həmin şəxs dostunun yanında,ictimai yerdə mənə hücum çəkdi.Yenidən xəsarətlər yetirdi.Hadisə kameraların altında baş verib. Dəfələrlə bu hal təkrarlandığından polisə çoxsaylı şikayətlər etmişəm.Ancaq hələlik tədbir görülməyib. Həyatım təhlükədədir.Şikayət etdiyim adam məni müxtəlif yollarla şantaj edir.Biz hansı ölkədə yaşayırıq ki?Qanun,qayda var. Bu adam mənə dəfələrlə zor tətbiq edib,xəsarətlər yetirib.Daha sonra mənə hədə-qorxu gəlməyə başlayıb. Bu şəxsin qanunsuz əməllərindən Baş prokuror cənab Kamran Əliyevə müraciət etmişəm.Xahiş edirəm ki, güc sturukturları bununla bağlı tədbirlər görsünlər",-deyə şikayətçi bildirib.
Oxu24.com vətəndaşın iddiaları ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib ki, sözügedən məsələ ilə bağlı vətəndaşın polisə müraciəti əsasında araşdırma başlanılıb. Tərəflərin izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Nigar
14:22 / 18 Noyabr 2026
1
14:18 / 18 Noyabr 2026
26
14:06 / 18 Noyabr 2026
46
13:56 / 18 Noyabr 2026
64
13:12 / 18 Noyabr 2026
87
12:55 / 18 Noyabr 2026
87
12:53 / 18 Noyabr 2026
117
12:51 / 18 Noyabr 2026
186
12:32 / 18 Noyabr 2026
882
12:28 / 18 Noyabr 2026
106
12:20 / 18 Noyabr 2026
381
12:15 / 18 Noyabr 2026
112
12:10 / 18 Noyabr 2026
138
12:03 / 18 Noyabr 2026
100
12:03 / 18 Noyabr 2026
409
11:49 / 18 Noyabr 2026
201
11:43 / 18 Noyabr 2026
123
11:39 / 18 Noyabr 2026
139
11:35 / 18 Noyabr 2026
145
11:32 / 18 Noyabr 2026
134
11:22 / 18 Noyabr 2026
669
11:19 / 18 Noyabr 2026
159
11:15 / 18 Noyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.