Sürücü həbs edildi
18 Noyabr 2026, 15:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1535
24.05.2025, 23:17
Bu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 06 radələrində naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olub.
Qadının başına un kisəsi keçirilərək ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Z.Nağıyevaya məxsus 6 min manat və pensiya kartından çıxardığı məbləğ götürülüb.
Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə-beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb.
DİN in Mətbuat xidmətinin Gəncə Regional qrupunun inspektoru polis mayoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Z.Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o, tənha yaşayırmış.

15:32 / 18 Noyabr 2026
1
15:28 / 18 Noyabr 2026
18
15:22 / 18 Noyabr 2026
42
15:16 / 18 Noyabr 2026
70
15:12 / 18 Noyabr 2026
64
15:09 / 18 Noyabr 2026
80
15:05 / 18 Noyabr 2026
180
15:02 / 18 Noyabr 2026
80
14:58 / 18 Noyabr 2026
91
14:52 / 18 Noyabr 2026
80
14:44 / 18 Noyabr 2026
341
14:33 / 18 Noyabr 2026
122
14:22 / 18 Noyabr 2026
89
14:18 / 18 Noyabr 2026
97
14:06 / 18 Noyabr 2026
92
13:56 / 18 Noyabr 2026
97
13:12 / 18 Noyabr 2026
102
12:55 / 18 Noyabr 2026
109
12:53 / 18 Noyabr 2026
151
12:51 / 18 Noyabr 2026
255
12:32 / 18 Noyabr 2026
1107
12:28 / 18 Noyabr 2026
124
12:20 / 18 Noyabr 2026
504
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.