Qaynar xətt:

(+99450) 247 90 86

Müəssisəyə idman ayaqqabısının içində mobil telefon keçirilməsinin qarşısı alınıb 

KRİMİNAL

136

20.05.2025, 16:03

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Oxu24.com   xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, məhkum Ruslan Məmməd oğlu Əhmədovla görüşə gəlmiş həyat yoldaşının üzərinə baxış keçirilən zaman idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd “BM 222” markalı mobil telefon aparatı, danışıq kartı və elektrik qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.