Qaynar xətt:

(+99450) 247 90 86

Balakəndə meşənin içində narkotik plantasiyaları tapıldı - FOTOLAR

Balakəndə meşənin içində narkotik plantasiyaları tapıldı - FOTOLAR

KRİMİNAL

255

17.09.2024, 13:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakəndə polis və sərhədçilər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirib.

Oxu24.com DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyatlar zamanı 3 narkotik plantasiyası aşkar edilib. Çətənə kollarını əkən 5 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan 290 ədəd çətənə kolu “Kalaşnikov” avtomatı, daraq, patronlar və ov tüfəngləri aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qulluq göstərdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.