Qaynar xətt:

(+99450) 247 90 86

18 yaşlı qızının toyu olacaqdı, anası meyitini tapdı - Azərbaycanda DƏHŞƏT

2019-03/1552982331_meyit_27847576.jpg

KRİMİNAL

726

19.03.2019, 11:59

\"\"  Zərdab rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az  xəbər  verir ki, rayonun Əlvənd kəndində yaşayan 2001-ci il təvəllüdlü İbrahimova Nərmin Rakif qızı valideynlərinin təkidi ilə 9-cu sinifdən təhsilini yarımçıq qoyubmuş. Bir müddət əvvəl nişanlanan gənc qızın yaxın vaxtlarda toyu planlaşdırılırmış. Bildirilir ki, ailənin böyük övladı olan Nərminin hər hansı probleminin olması ilə bağlı hər hansı məlumat olmayıb. Dünən evin həyətindəki tövləyə daxil olan anası Nərminin özünü asdığını görüb. O, qızına kömək etməyə çalışsa da, 18 yaşlı Nərminin artıq keçindiyi məlum olub. Faktla bağlı Zərdab rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.