Qaynar xətt:

(+99450) 247 90 86

Dünyanın ən çox satılan avtomobili açıqlanıb

Dünyanın ən çox satılan avtomobili açıqlanıb

İQTİSADİYYAT

83

31.07.2026, 09:38

Toyota 2026-cı ilin yanvar–iyun aylarını əhatə edən ilk altı ayda qlobal bazarda 5,39 milyon avtomobil sataraq dünyanın ən çox satış həyata keçirən avtomobil istehsalçısı olub.

Oxu24.com xəbər verir ki, şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azalsa da, bu göstərici onun qlobal liderliyini qorumasına kifayət edib. Beləliklə, Toyota ardıcıl yeddinci dəfə dünya avtomobil bazarında birinci yeri tutub.

Ən yaxın rəqibi "Volkswagen AG" isə ilin ilk yarısında 4,13 milyon avtomobil satıb. Alman istehsalçısının satışları ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz azalıb. Nəticədə Volkswagen Toyota-dan 1,26 milyon avtomobil geri qalaraq ikinci pillədə qərarlaşıb.

Toyota-nın regional göstəricilərinə nəzər saldıqda, Yaponiyada daxili satışların 4,4 faiz artaraq 1,1 milyon ədədə çatdığı görünür. Xarici bazarlarda isə satışlar 4,5 faiz azalaraq 4,3 milyon ədəd təşkil edib.

Şirkət ABŞ bazarında satışlarını 0,9 faiz artırmağa nail olsa da, digər iri bazarlarda azalma qeydə alınıb. Belə ki, Çində satışlar 17,1 faiz, Yaxın Şərq regionunda isə 21,6 faiz geriləyib.

Buna baxmayaraq, Toyota ümumi satış həcmi ilə rəqiblərini geridə qoyaraq qlobal avtomobil bazarındakı lider mövqeyini qorumağı bacarıb.