Büdcədən 192 milyon manata yaxın vəsait geri qaytarılıb
06 Avqust 2026, 11:31
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
517
21.05.2026, 15:46
“Bir Kredit BOKT” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, maliyyə qurumunun kredit portfeli 2025-ci ildə kreditləşmə fəaliyyəti nəticəsində 11 milyon 747 min 725 AZN təşkil edib.
2025-ci ildə “Bir Kredit BOKT” MMC-nin gəlirlərinin əsas hissəsini – 98%-ni (269 min 528 AZN) faiz gəlirləri təşkil edib. Digər gəlirlər isə ümumi gəlirlərin 2%-i həcmində olub (4 min 477 AZN). Hesabat dövrü üzrə xalis zərər 206 min 908 AZN təşkil edib. Buna səbəb kreditləşmə fəaliyyətinə 2025-ci ilin avqust ayından etibarən başlanılması, eləcə də cəlb edilmiş vəsaitlər üzrə faiz xərclərinin, ehtiyatların və əməliyyat xərclərinin ilin əvvəlindən formalaşdırılması olub.
2025-ci ilin sonunda “Bir Kredit BOKT” MMC-nin cəmi aktivləri 108 milyon 728 min 812 AZN təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin sonunda bu göstərici 83 milyon 480 min 131 AZN təşkil edirdi. Beləliklə, BOKT-nin aktivləri illik müqayisədə 25 milyon manatdan çox artıb. Artımın əsas səbəbləri investisiya portfelinin 15 milyon manat genişlənməsi, həmçinin BOKT tərəfindən 6 ay ərzində verilən kreditlərin həcmidir ki, bu rəqəm yuvarlaq olaraq 12 milyon manatdır. Aktivlərdən çıxılan ehtiyatlar, keçmiş illərin zərəri 2 milyon manat təşkil edir. Hesabat dövründə BOKT-nin nizamnamə kapitalı da artırılaraq 99 milyon 835 min 580 manata çatdırılıb.
Cari dövr ərzində BOKT rebrendinq edərək “BirKart BOKT” MMC adından, “Bir Kredit BOKT” MMC adına keçib. Rebrendinqin əsas məqsədi qurumun gələcək inkişaf strategiyasına uyğun olaraq daha innovativ və texnoloji yönümlü xidmət modelinin formalaşdırılması, eləcə də müştərilərə tam onlayn xidmətlərin təqdim edilməsidir. Bu istiqamətdə təqdim olunan əsas xidmətlərdən biri də Birmarket mobil tətbiqi vasitəsilə müştərilərin ehtiyaclarına uyğun onlayn kreditləşmə xidmətidir.
Hesabatla ətraflı tanış olmaq üçün: www.b-b.az/aC3aDn
Qeyd edək ki, kreditlərin verilməsi məqsədilə 2018-ci ildə yaradılmış “BirKart BOKT” MMC-nin 31 dekabr 2025-ci il tarixinə nizamnamə kapitalının 100%-i “Kapital Bank” ASC-yə məxsusdur. Hazırda fəaliyyətini “Bir kredit BOKT” MMC adı altında davam etdirən qurum Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşir.
19:30 / 06 Avqust 2026
11
19:09 / 06 Avqust 2026
21
19:05 / 06 Avqust 2026
30
18:47 / 06 Avqust 2026
293
18:45 / 06 Avqust 2026
53
18:41 / 06 Avqust 2026
44
18:40 / 06 Avqust 2026
105
18:34 / 06 Avqust 2026
61
18:09 / 06 Avqust 2026
47
17:55 / 06 Avqust 2026
61
17:35 / 06 Avqust 2026
52
17:15 / 06 Avqust 2026
83
16:55 / 06 Avqust 2026
73
16:40 / 06 Avqust 2026
83
16:15 / 06 Avqust 2026
104
16:15 / 06 Avqust 2026
84
15:55 / 06 Avqust 2026
76
15:53 / 06 Avqust 2026
101
15:45 / 06 Avqust 2026
106
15:30 / 06 Avqust 2026
75
15:15 / 06 Avqust 2026
90
14:59 / 06 Avqust 2026
101
14:58 / 06 Avqust 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.