Tarlada tonlarla məhsul məhv olur, bazarda qiymətlər rekord qırır - Kimdir günahkar?
22 May 2026, 18:31
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
840
07.11.2025, 23:37
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə icbari tibbi sığorta üzrə sığorta haqları ödəyəcəklər.
Oxu24.com xəbər verir ki, onlar tərəfindən sığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda, həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanacaq (aylıq təxminən 16 AZN-red). Bu şəxslər tərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmində əlavə sığorta haqqı ödəyəcəklər.
Bu zaman isə sual yaranır. Əgər vətəndaş işləmirsə, bu məbləği necə ödəyəcək?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa Milli.Az-a açıqlamasında bildirib ki, bütün hallarda işləməyən vətəndaşlara müəyyən güzəştlər nəzərdə tutulmalıdır.
Onun sözlərinə görə, bir insan işləmirsə, ondan sığorta və ya digər ödənişləri tələb etmək məntiqsizdir.
Deputat qeyd edib ki, cərimə məsələsi də bu baxımdan yenidən düşünülməlidir:
"Ola bilsin ki, sığorta sistemi daxilində müəyyən imkanlar var, amma istənilən halda məntiqli yanaşma ondan ibarətdir ki, işsiz əhali üçün sığorta daha çox sosial dəstək xarakteri daşıyır".
F.Mustafa əlavə edib ki, əgər insan ödəniş edə bilmirsə və buna görə sığortadan istifadə hüququndan məhrum ediləcəksə, bu, həmin vətəndaşın sistemdən kənar qoyulmasıdır:
"Dəyişiklik müzakirə olunmalı məsələdir. Bunun ictimai müzakirəyə ehtiyacı var. Çünki biz bütün aztəminatlı insanları diqqətdən kənar saxlaya bilmərik".(milli.az)
10:08 / 23 May 2026
71
01:03 / 23 May 2026
230
00:16 / 23 May 2026
439
00:09 / 23 May 2026
354
00:06 / 23 May 2026
210
00:04 / 23 May 2026
152
00:00 / 23 May 2026
407
23:49 / 22 May 2026
149
23:45 / 22 May 2026
512
23:43 / 22 May 2026
345
23:38 / 22 May 2026
243
23:30 / 22 May 2026
242
23:30 / 22 May 2026
136
23:19 / 22 May 2026
156
23:18 / 22 May 2026
176
23:14 / 22 May 2026
188
23:02 / 22 May 2026
721
22:56 / 22 May 2026
126
22:56 / 22 May 2026
133
22:52 / 22 May 2026
292
22:47 / 22 May 2026
123
22:40 / 22 May 2026
296
22:34 / 22 May 2026
1211
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.