Qızıl və gümüş ucuzlaşıb
23 May 2026, 11:40
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
689
04.11.2025, 17:02
Bir ekosisteminin e-ticarət platforması olan Birmarket, ölkədə biznes mühitinin inkişafına töhfə vermək məqsədilə tərəfdaşlarını Ticarətçilər Forumunda bir araya topladı. 3 noyabr 2025-ci il tarixində baş tutan tədbirin əsas məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləri bir araya gətirmək, onlar arasında təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığı gücləndirmək, eyni zamanda elektron ticarət sektorunun inkişafı üçün yeni imkanlar təqdim etmək idi.
Qeyd edək ki, Birmarket platforması tərəfdaşlarına geniş infrastruktur və hərtərəfli dəstək imkanı yaradır. Platforma ölkə üzrə 1500-dən çox “Gəl Al” məntəqəsi, on minlərlə kvadratmetr anbar sahəsi və 3,5 milyondan artıq məhsul ehtiyatı ilə fəaliyyət göstərir. Bir ekosisteminə inteqrasiya sayəsində Birmarket ticarətçiləri üçün daha geniş imkanlar açılıb – hazırda Birbank-ın 4 milyona yaxın aktiv müştərisi məhsulları birbaşa mobil tətbiq üzərindən sifariş edə bilir. İnteqrasiyanın tətbiqindən cəmi bir ay sonra platformaya əlavə 1 milyon yeni istifadəçi qoşulub ki, bu da Birmarket-in bazar mövqeyinin daha da gücləndiyini göstərir.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
19:52 / 23 May 2026
91
19:44 / 23 May 2026
213
19:32 / 23 May 2026
101
19:30 / 23 May 2026
68
19:26 / 23 May 2026
61
19:19 / 23 May 2026
59
19:02 / 23 May 2026
69
18:39 / 23 May 2026
71
18:35 / 23 May 2026
393
18:33 / 23 May 2026
82
18:27 / 23 May 2026
74
18:23 / 23 May 2026
65
18:09 / 23 May 2026
87
18:00 / 23 May 2026
79
17:46 / 23 May 2026
83
17:43 / 23 May 2026
291
14:55 / 23 May 2026
791
14:53 / 23 May 2026
236
14:51 / 23 May 2026
253
11:44 / 23 May 2026
116
11:41 / 23 May 2026
137
11:40 / 23 May 2026
107
10:08 / 23 May 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.