Qızıl və gümüş ucuzlaşıb
23 May 2026, 11:40
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
935
04.11.2025, 12:45
Son dövrlər Azərbaycanda problemli kreditlərin həcmi nəzərəçarpacaq dərəcədə artıb. Bu vəziyyət həm bank sektoruna, həm də qeyri-bank kredit təşkilatlarının maliyyə dayanıqlığına birbaşa təsir göstərir.
Rəsmi məlumatlara görə, 2025-ci il oktyabr ayı üzrə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 528,1 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 17,6 faiz və ya 79 milyon manat artım deməkdir. Son bir ildə problemli kreditlərin həcmi də 10 faiz və ya 48,1 milyon manat artaraq bank sektorunda müəyyən risklərin yüksəldiyini göstərir.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Oxu24.com-un suallarını cavablandırıb.
– Natiq müəllim, problemli kreditlərin həcminin artması bank sektorunun sabitliyinə hansı təsirləri göstərə bilər və bu istiqamətdə hansı islahatlar vacib hesab olunur?
-Təəssüflər olsun ki, problemli kreditlərin həcminin hələ artmasını müşahidə edirik. Bu, əlbəttə, müsbət tendensiya deyil. Amma insafən demək lazımdır ki, hələ bu göstərici kritik həddə çatmayıb. Hazırda ümumi kredit portfelinin cəmi 1,8 faizi problemli kreditlərə aiddir.
Beynəlxalq təcrübə göstərir ki, bu göstərici 3 faizi keçəndə, bank sektoru üçün ciddi problemlər yaranır.
Ola bilər ki, gələn ilin ortalarına qədər bu göstərici 2 faizə çatsın. Bu da, təbii ki, bank sektoru üçün əlavə stress, əlavə yük və problemlər yaradır.
– Vətəndaşların kredit öhdəliklərini icra edə bilməməsinin əsas səbəbləri hansılardır və bu problemi minimuma endirmək üçün hansı sosial-iqtisadi mexanizmlər tətbiq oluna bilər?
-Əslində, problemi yaradan səbəblər aradan qaldırılmalıdır. Əsas səbəblərdən biri faiz dərəcələrinin, xüsusilə də istehlak kreditlərində həddindən artıq yüksək olmasıdır.
Digər mühüm amil isə insanların real gəlirlərinin son iki ildə demək olar ki, artmamasıdır. Nominal gəlirlər artsa da, inflyasiyanın yüksək olması səbəbindən bu artım real gəlir artımına çevrilə bilmir.
Nəticədə, insanların ödəmə qabiliyyəti zəifləyir və bu da problemli kreditlərin artmasına səbəb olur.
21:02 / 23 May 2026
11
20:59 / 23 May 2026
1
20:54 / 23 May 2026
32
20:39 / 23 May 2026
23
20:19 / 23 May 2026
42
19:52 / 23 May 2026
218
19:44 / 23 May 2026
255
19:32 / 23 May 2026
172
19:30 / 23 May 2026
80
19:26 / 23 May 2026
71
19:19 / 23 May 2026
77
19:02 / 23 May 2026
82
18:39 / 23 May 2026
82
18:35 / 23 May 2026
576
18:33 / 23 May 2026
94
18:27 / 23 May 2026
85
18:23 / 23 May 2026
77
18:09 / 23 May 2026
97
18:00 / 23 May 2026
91
17:46 / 23 May 2026
91
17:43 / 23 May 2026
345
14:55 / 23 May 2026
995
14:53 / 23 May 2026
252
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.