Rubl bahalaşdı
05 Dekabr 2025, 10:15
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
591
04.11.2025, 12:41
Azərbaycan bank sektorunda rəqabət getdikcə müştəri məmnuniyyəti və insanlara daha əlçatan olmaq üzərində cəmlənir. Banklar rəqəmsallaşmaqla yanaşı, xidmət şəbəkəsini də genişləndirərək maliyyə xidmətlərini ölkənin hər yerinə, hətta ən ucqar bölgələrinə, əsasən də yenidənqurma prosesində olan Qarabağa qədər çatdırmağa çalışırlar. Bu istiqamətdə xüsusilə bankomat (ATM) və filial sayı bankların real bazar payının və müştərilərlə birbaşa əlaqəsinin mühüm göstəricilərindən biridir. Bəs ölkədə ən çox filial və bankomat hansı banka məxsusdur?
Qeyd edək ki, hazırda Azərbaycanda 22 bank fəaliyyət göstərir. Xidmət şəbəkəsinin genişliyi istiqamətində isə liderlik Kapital Bankdadır. Bankın ölkə üzrə 119 filialı, 53 şöbəsi və 1190 bankomatı var. Bu göstərici ilə Kapital Bank maliyyə sektorunda birinci yeri tutur. Eyni zamanda ölkənin hər yerində müştəriyə ən yaxın bank imicini möhkəmləndirir. Siyahıda maliyyə sektorunun əsas simalarından biri olan ABB 77 filial, 10 şöbə və 1050 bankomatla 2-ci, Bank Respublika isə 38 filial, 83 ATM ilə 3-cü yerdə qərarlaşır.
Filial və ATM sayına görə ilk 10 bank aşağıdakı kimidir:
Həmçinin oxuyun
Kapital Bank – 119 filial, 53 şöbə,1190 ATM
ABB – 77 filial, 10 şöbə, 1050 ATM
Bank Respublika – 38 filial, 83 ATM
AccessBank – 37 filial, 1 şöbə, 44 ATM
Unibank – 31 filial, 185 ATM
Xalq Bank – 30 filial, 1 şöbə, 142 ATM
Rabitəbank – 28 filial, 74 ATM
Yelo Bank – 22 filial, 48 ATM
Bank of Baku – 21 filial, 36 ATM
TuranBank – 18 filial, 3 şöbə, 35 ATM
Xidmət şəbəkəsinin genişliyi bankların müştəri sayını artırmaqla yanaşı, regional iqtisadi fəallığın stimullaşdırılmasında da mühüm rol oynayır. Filial və ATM-lərin çoxluğu bankları daha əlçatan edir, müştəri etimadını gücləndirir və brendin geniş miqyasda tanınmasına xidmət edir.
Ümumilikdə, ATM və filial şəbəkəsinin genişlənməsi Azərbaycan bank sektorunun sağlam rəqabət mühitində inkişaf etdiyini göstərir. Bu rəqabətdə həm rəqəmsal, həm də fiziki müstəvidə güclü mövqeyə malik bankların liderliyi qazanılan etimad və düzgün qurulan strateji istiqamətin nəticəsidir.

Mənbə:Banker.az
12:36 / 05 Dekabr 2025
1
12:34 / 05 Dekabr 2025
12
12:32 / 05 Dekabr 2025
9
12:32 / 05 Dekabr 2025
12
12:22 / 05 Dekabr 2025
18
12:03 / 05 Dekabr 2025
656
11:55 / 05 Dekabr 2025
38
11:48 / 05 Dekabr 2025
48
11:42 / 05 Dekabr 2025
160
11:36 / 05 Dekabr 2025
115
11:33 / 05 Dekabr 2025
124
11:17 / 05 Dekabr 2025
724
11:14 / 05 Dekabr 2025
50
11:00 / 05 Dekabr 2025
133
10:52 / 05 Dekabr 2025
45
10:46 / 05 Dekabr 2025
69
10:44 / 05 Dekabr 2025
45
10:34 / 05 Dekabr 2025
240
10:30 / 05 Dekabr 2025
310
10:18 / 05 Dekabr 2025
55
10:15 / 05 Dekabr 2025
49
10:13 / 05 Dekabr 2025
81
10:10 / 05 Dekabr 2025
59
09:35 / 05 Dekabr 2025
874
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.