Qızıl və gümüş ucuzlaşıb
23 May 2026, 11:40
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
626
27.10.2025, 11:43
Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 12 min metr qazma işləri həyata keçirilib.
Oxu24.com SOCAR-a istinadən xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 1,8 milyon ton neft, 1,94 milyard kubmetr qaz hasil olunub.
Ölkə üzrə qaz hasilatı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 % artaraq, 13 milyard kubmetr təşkil edib. Ümumilikdə isə 2025-ci ilin üçüncü rübü üzrə Azərbaycanda 7 milyon ton xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,3 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr olub. Təbii qaz ixracında 8,7 % artım qeydə alınıb.
Bu ilin üçüncü rübündə SOCAR tərəfindən 1,7 milyon ton neft, 760 milyon kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 639,2 min ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. Neft, neft-kimya və qaz-kimya məhsullarının ixracında 2,7 % artım qeydə alınıb.
17:50 / 24 May 2026
1
17:17 / 24 May 2026
64
17:09 / 24 May 2026
75
16:49 / 24 May 2026
70
16:40 / 24 May 2026
247
16:00 / 24 May 2026
86
14:57 / 24 May 2026
99
14:47 / 24 May 2026
155
14:43 / 24 May 2026
375
14:36 / 24 May 2026
125
14:30 / 24 May 2026
324
14:23 / 24 May 2026
123
14:18 / 24 May 2026
86
14:08 / 24 May 2026
90
14:06 / 24 May 2026
1863
14:03 / 24 May 2026
93
13:38 / 24 May 2026
116
13:06 / 24 May 2026
116
12:47 / 24 May 2026
110
12:22 / 24 May 2026
234
11:57 / 24 May 2026
236
11:40 / 24 May 2026
216
11:05 / 24 May 2026
147
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.