Kreditlə bağlı XƏBƏR VAR
24 May 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
658
22.10.2025, 11:26
Bir ekosistemin elan etdiyi Bir Bonus lotereyasına artıq minlərlə iştirakçı qoşulub. Bu lotereyada həm bonus qazananlar, həm də xərcləyənlər iştirak edirlər. Artıq 100 000 nəfər Birbonuslu Toyota Corolla avtomobili və yüzlərlə bonus qazanmağa daha yaxındır.
Lotereyaya necə qoşulum? – sualının cavabı isə çox sadədir. 15 noyabr 2025-ci il tarixinədək Birbonus.az saytında mobil nömrəsini yazaraq qeydiyyatdan keçən hər kəs lotereyada iştirak edə bilər. Aşağıdakı şərtlərə əməl etmək sizə lotereyada onlarla şans qazandırır:
Kapital Bank/Birbank kartları ilə ən azı 5 AZN ödəniş – 1 şans
m10 ilə ən azı 5 AZN ödəniş – 1 şans
Bonus balansından 0.50 və yuxarı məbləğdə Bir Bonus xərcləmək – 1 şans
Birmarket tətbiqində və saytında edilən ödənişlər – 10 şans
Birmarket.az saytında və tətbiqində Bir Bonus xərcləmək – 10 şans
Ətraflı məlumat üçün: https://www.b-b.az/blprnb və ya *1001
Lotereyanın tirajı 16 dekabr 2025-ci il tarixində keçiriləcək. Qaliblər təsadüfi seçim əsasında Bir Bonus-un rəsmi sosial media hesablarında canlı yayımla müəyyən ediləcək.
Qeyd edək ki, Bir ekosistemin vahid loyallıq proqramı olan Bir Bonus – Birbank, m10, Birmarket və digər ekosistem brendləri ilə yanaşı minlərlə tərəfdaşda istifadəçilərə bonus qazanmaq və onları asanlıqla xərcləmək imkanı yaradır. Bir ekosistem müştəriləri Bir Bonus proqramına avtomatik olaraq qoşulur və bütün imkanlardan yararlanmaq şansı əldə edir. Bonusları BakıKart biletindən Trendyol sifarişinə, mobil balansdan Birmarket alış-verişinə qədər rahatlıqla istifadə etmək mümkündür.
Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
00:05 / 25 May 2026
55
00:01 / 25 May 2026
107
00:01 / 25 May 2026
106
23:58 / 24 May 2026
90
23:36 / 24 May 2026
258
23:32 / 24 May 2026
229
23:23 / 24 May 2026
71
23:13 / 24 May 2026
172
23:13 / 24 May 2026
325
23:03 / 24 May 2026
190
22:43 / 24 May 2026
70
22:18 / 24 May 2026
87
22:04 / 24 May 2026
308
21:40 / 24 May 2026
163
21:39 / 24 May 2026
755
21:30 / 24 May 2026
160
20:41 / 24 May 2026
115
20:19 / 24 May 2026
110
20:11 / 24 May 2026
89
19:39 / 24 May 2026
194
19:09 / 24 May 2026
387
18:55 / 24 May 2026
195
18:37 / 24 May 2026
400
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.