Qaynar xətt:

(+99450) 247 90 86

Qaçmaq - səhər yoxsa axşam?

Qaçmaq - səhər yoxsa axşam?

İDMAN

63

22.04.2026, 00:55

Qaçmaq üçün ən uyğun vaxtın hansı olduğu ilə bağlı müzakirələr davam edir. Mütəxəssislər bildirib ki, fiziki aktivlik günün istənilən saatında faydalıdır, lakin səhər və axşam məşqləri arasında müəyyən fərqlər mövcuddur.

Oxu24.com Həkimlərin sözlərinə görə, səhər qaçmaq daha faydalıdır. Bu zaman maddələr mübadiləsi aktivləşir, orqanizm gün ərzində daha çox kalori yandırmağa başlayır və enerji səviyyəsi yüksəlir. Bundan əlavə, səhər məşqləri ürək-damar sistemini gücləndirir, stressi azaldır, beyin fəaliyyətini artırır və yuxu rejiminin normallaşmasına kömək edir.

Bununla yanaşı, axşam qaçmaq da effektiv sayılır. Gün ərzində isinmiş əzələlər sayəsində məşqlər daha rahat icra olunur. Lakin mütəxəssislər yüksək intensivlikli məşqləri axşam gec saatlara saxlamamağı tövsiyə edib. Yatmazdan ən azı 2–3 saat əvvəl daha yüngül fiziki aktivlik seçmək məsləhətdir.

Həkimlər vurğulayıb ki, əsas məsələ vaxtdan çox, müntəzəmlikdir. Orqanizmə uyğun rejim seçmək və sağlamlıq vəziyyətini nəzərə almaq ən doğru yanaşma hesab olunur.Saglamolun.Az