“Qarabağ” yeni transferi rəsmən elan etdi
18 May 2026, 19:39
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
732
10.12.2025, 15:53
Titullu idmançımız Rafael Ağayev ailə görüntüsünü paylaşıb.
Oxu24.com xəbər verir ki,o,övladları ilə fotosunu paylaşıb.
Ağayev paylaşıma " həyatda nəfəs almaq üçün səbəblər" şərhini verib.
Məlumat üçün qeyd edək ki,Rafael Ağayev 4 mart 1985-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olub. Uşaq yaşlarından idmana böyük maraq göstərən Rafael karateyə atasının təşəbbüsü ilə başlayıb. O, döyüş sənətləri sahəsində nadir istedad nümayiş etdirərək erkən yaşlarında yüksək səviyyəli çıxışları ilə seçilməyə başlayıb.
İlk müəllimi tanınmış karate ustası və məşqçi Rafael Məmmədov olub. Rafael Ağayevin texniki bacarıqları və döyüş üslubu onu tez bir zamanda Azərbaycanda və beynəlxalq arenada diqqətəlayiq idmançılar sırasına çıxarıb.
Rafael Ağayev karate dünyasında “Karatenin Messi”si adlandırılır. O, həm sürəti, həm dözümlülüyü, həm də texniki bacarıqları ilə fərqlənir. Rafael beşqat dünya çempionu, onbirqat Avropa çempionu və müxtəlif beynəlxalq turnirlərin qalibidir.
Əsas Uğurları
Dünya Karate Federasiyasının (WKF) Dünya Çempionatı – 5 qızıl medal
Avropa Çempionatı – 11 qızıl medal
İslam Həmrəyliyi Oyunları – Çempion
Bakı 2015 Avropa Oyunları – Qızıl medal
Tokio 2020 Yay Olimpiya Oyunları – Gümüş medal
Rafael Ağayev Azərbaycan idman tarixində öz imzasını atmış ən böyük idmançılardan biridir. Onun qazandığı uğurlar, mübarizə ruhu və döyüş tərzi təkcə Azərbaycanda deyil, bütün dünyada karate sevərlərin hörmətini qazanıb.
Hazırladı:Jalə
20:31 / 18 May 2026
9
20:20 / 18 May 2026
24
20:10 / 18 May 2026
41
20:05 / 18 May 2026
38
19:59 / 18 May 2026
43
19:54 / 18 May 2026
46
19:43 / 18 May 2026
101
19:41 / 18 May 2026
56
19:39 / 18 May 2026
51
19:21 / 18 May 2026
257
19:18 / 18 May 2026
58
19:15 / 18 May 2026
75
19:12 / 18 May 2026
137
19:05 / 18 May 2026
432
18:59 / 18 May 2026
216
18:55 / 18 May 2026
75
18:12 / 18 May 2026
120
18:03 / 18 May 2026
443
18:02 / 18 May 2026
108
18:00 / 18 May 2026
76
17:53 / 18 May 2026
154
17:49 / 18 May 2026
76
17:44 / 18 May 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.