Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1042
29.09.2026, 21:58
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim edəcəyimiz mövzu cərimə və həbs cəzası nəzərdə tutulan halla bağlıdır.
Bəzi hallarda istintaq gedən bir cinayət işinin detallarının,istintaq materiallarının sosial mediada,şəbəkələrdə açıq şəkildə yayıldığının şahidi oluruq.
Bu bir sıra hallarda istintaq orqanının işinə təsir etmək,mane olmaq məqsədi ilə planlı şəkildə yayımlana bilər.
Bəs,bunun məsuliyyəti varmı?Təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma qanun pozuntusu hesab edilirmi?
Oxu24.com bildirir ki,bu barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 300-cü maddəsində bəhs olunur.
Həmin maddəyə əsasən,təhqiqat və ya ibtidai istintaq məlumatlarını yayma qanunla müəyyən edilmiş qaydada yayılmaması barədə xəbərdarlıq edilmiş şəxs tərəfindən təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin icazəsi olmadan təhqiqat və ya ibtidai istintaq məlumatlarının yayılması ibtidai araşdırmanın aparılmasına mane olduqda, yaxud maraqlı şəxsə mənəvi və ya maddi ziyanın vurulmasına səbəb olduqda—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki,qanunu bilməmək məsuliyyətdən azad etmir.
Hazırladı: Miri Məcidli
00:08 / 16 Noyabr 2026
1
23:41 / 15 Noyabr 2026
78
23:35 / 15 Noyabr 2026
80
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
291
22:43 / 15 Noyabr 2026
358
22:34 / 15 Noyabr 2026
119
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
995
21:57 / 15 Noyabr 2026
449
21:37 / 15 Noyabr 2026
1246
21:07 / 15 Noyabr 2026
1195
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.