Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
353
04.09.2026, 14:53
Mediada və sosial şəbəkələrdə paylaşılan hakim Xumar Mərdanovanın mülkiyyətində olduğu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən fərdi yaşayış evi ilə bağlı məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul edilib.
Bu barədə Oxu24.com-a Ali Məhkəmədən məlumat verilib.
Məlumatda deyilir:
"İşin halları ondan ibarətdir ki, 1947-ci ildən Püstə Həsənovanın mülkiyyətində olmuş mübahisəli əmlak 1975-ci ildə onun vəfatından sonra vərəsəlik üzrə Nərgiz Kazakovanın mülkiyyətinə keçmiş və sonuncu həmin əmlakı 1999-cu ildə notarial qaydada qohumu Xumar Mərdanovaya bağışlayıb.
Hazırkı iş üzrə şikayətçi Salədin Kərimov həmin fərdi yaşayış evində 1973-cü ildən ailə üzvləri ilə birgə qeydiyyatda olmaqla yaşasalar da, həmin əmlaka dair hər hansı hüquqmüəyyənedici sənədləri olmayıb.
X.Mərdanovanın mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı qaldırdığı tələb təmin olunaraq, Kərimovlar ailəsinin kompensasiya ödənilməklə yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Kərimovlar ailəsinin həmin sahədə uzun müddət yaşamaları və etdikləri yaxşılaşdırmalar nəzərə alınaraq onlara ödənilməli kompensasiyanın məbləği yüksək həcmdə - 92500 manat məbləğində müəyyən edilib.
Əlavə olaraq qeyd edilməlidir ki, hakim Xumar Mərdanovanın Bakı Apellyasiya Məhkəmısində işlədiyi nəzərə alınaraq, hazırki işə apellyasiya instansiyası qismində Sumqayit Apellyasiya Məhkəməsində baxılıb.
Göründüyü kimi, mülki mübahisə hakimin xidməti vəzifələrinin icrası ilə əlaqədar deyil, bir vətəndaş kimi onun mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olub".
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.