Müqavilə var, amma ev yoxdur: Dələduzlar qanundakı boşluqdan necə istifadə edirlər? — VƏKİL AÇIQLADI
28 Avqust 2026, 17:40
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
361
03.08.2026, 14:30
Azərbaycanda boşanmalardan sonra uşaqların saxlanılması üçün təyin edilən alimentin məbləği zaman-zaman tərəflər arasında narazılığa və suallara səbəb olur. Xüsusilə məhkəmə tərəfindən müəyyən edilən sabit məbləğin (məsələn, minimum 270 manat) uşağın artan ehtiyaclarını qarşılamaması alimentin artırılması zərurətini yaradır. Bir çox vətəndaşlar ölkədə minimum əməkhaqqı artdıqda və ya uşağın xərcləri çoxaldıqda bu məbləğin necə və hansı qaydada qaldırılmalı olduğunu dəqiq bilmirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu sahədə qəbul etdiyi son plenum qərarı və icmal məktubu aliment məsələlərində dəqiq hüquqi mexanizmləri müəyyən edib. Artıq alimentin indeksasiya olunması və ya yenidən artırılması üçün fərqli hüquqi prosedurlar tətbiq edilir. Oxu24.com mövzunun aktuallığını nəzərə alaraq, təyin olunan alimentin artırılması qaydaları ilə bağlı vacib məqamları təqdim edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, vəkil Həsənova İlhamə bildirib ki, Ali Məhkəmənin 20 dekabr 2024-cü il tarixli qərarı və 14 yanvar 2025-ci il tarixli icmal məktubu ilə bu məsələ dəqiq tənzimlənib.
Vəkilin sözlərinə görə, əvvəllər aliment müəyyən olunarkən ölkə üzrə minimum əməkhaqqı nəzərə alınırdı və bir qayda olaraq ondan aşağı məbləğ tutulmurdu. Yeni tənzimləməyə əsasən, əgər aliment yeni təyin olunursa, məhkəmə onu konkret məbləğlə deyil, ölkə üzrə minimum əməkhaqqının müəyyən misli şəklində (məsələn, minimum əməkhaqqının 0,675 misli həddində) göstərməlidir. Bu halda minimum əməkhaqqı artdıqca alimentin məbləği də avtomatik olaraq indeksləşdirilir.
Sabit məbləğ (270 manat) təyin edilibsə nə etməli?
İlhamə Həsənova bildirib ki, əgər əvvəlki qətnamədə konkret məbləğ (məsələn, 270 manat) göstərilibsə və şəxs yalnız minimum əməkhaqqının artması səbəbindən alimentin indeksasiya olunmasını istəyirsə, təzədən məhkəməyə iddia qaldırmağa ehtiyac yoxdur:
•Maraqlı şəxs birbaşa icra şöbəsinə ərizə ilə müraciət edir.
•İcra sənədini icra edən orqan məsələni icraya nəzarət edən məhkəməyə göndərir.
•İcraya nəzarət edən məhkəmə qətnamədəki sabit məbləği minimum əməkhaqqının yeni həddinə uyğunlaşdırır.
•Bu halda məsələ icra qaydasında həll edilir, yeni iddia icraatı açılmır və mediasiya prosesinə müraciət etməyə ehtiyac qalmır.
Hansı hallarda məhkəməyə yeni iddia verilməlidir?
Vəkil vurğulayıb ki, əgər alimentin artırılması tələbi yalnız minimum əməkhaqqının qalxması ilə bağlı deyilsə, başqa əsaslar varsa, prosedur fərqlidir:
•Uşağın müalicə və ya təhsil xərcləri, ehtiyacları əhəmiyyətli dərəcədə artıbsa;
•Aliment ödəyən şəxsin iş yeri dəyişib, gəlirləri artaraq maddi vəziyyəti yaxşılaşıbsa və ya sahibkarlıq fəaliyyətindən gəliri çoxalıbsa;
•Əvvəl müəyyən olunmuş məbləğ artıq uşağın saxlanılması üçün kifayət etmirsə.
"Bu kimi hallarda Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən alimentin artırılması barədə məhkəməyə ayrıca iddia qaldırılmalıdır. Xüsusilə nəzərə almaq lazımdır ki, indeksasiya xaricində digər əsaslarla məhkəməyə müraciət etməzdən əvvəl mütləq mediasiya prosesindən keçmək tələb olunur. Ali Məhkəmənin yeni hüquqi mövqeyinə əsasən, artırılmış aliment qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən deyil, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən tutulur", — deyə vəkil Həsənova İlhamə əlavə edib.
Çimnaz Telmanqızı
11:06 / 30 Avqust 2026
1
11:05 / 30 Avqust 2026
4
11:04 / 30 Avqust 2026
8
01:42 / 30 Avqust 2026
298
01:20 / 30 Avqust 2026
348
23:39 / 29 Avqust 2026
189
23:30 / 29 Avqust 2026
143
23:18 / 29 Avqust 2026
149
23:04 / 29 Avqust 2026
138
22:48 / 29 Avqust 2026
145
22:10 / 29 Avqust 2026
105
21:29 / 29 Avqust 2026
154
20:57 / 29 Avqust 2026
155
20:36 / 29 Avqust 2026
193
20:04 / 29 Avqust 2026
169
19:48 / 29 Avqust 2026
116
19:17 / 29 Avqust 2026
159
19:10 / 29 Avqust 2026
115
19:01 / 29 Avqust 2026
121
18:22 / 29 Avqust 2026
93
18:00 / 29 Avqust 2026
192
15:30 / 29 Avqust 2026
224
15:28 / 29 Avqust 2026
318
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.