Milyonçu qardaşların biri həbsdən azad edildi
11 Sentyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
531
14.07.2026, 11:38
Vərəsəliklə bağlı yaranan suallar cəmiyyətdə ən çox müzakirə olunan hüquqi mövzulardan biridir. Xüsusilə valideynin ikinci dəfə ailə qurması zamanı ilk nikahdan olan övladları maraqlandıran əsas məsələ yeni həyat yoldaşının vərəsəlik hüququnun olub-olmamasıdır. Bir çox insanlar hesab edir ki, ikinci nikah bağlandıqda həyat yoldaşı mirasdan pay ala bilməz. Halbuki qanunvericilik bu məsələyə tam fərqli yanaşır.
Oxu24.com-a açıqlama verən vəkil Ramil Süleymanov bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, vəfat etmiş şəxsin rəsmi nikahda olduğu həyat yoldaşı onun birinci növbə üzrə qanuni vərəsələrindən hesab edilir.
Onun sözlərinə görə, nikahın birinci və ya ikinci olması hüquqi baxımdan heç bir fərq yaratmır. Əsas şərt nikahın qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada qeydiyyata alınmasıdır.
"Əgər şəxs vəfat edən zaman rəsmi nikahda olubsa, onun həyat yoldaşı qanun üzrə birinci növbəli vərəsə sayılır. Bu hüquq nikahın neçəinci olmasından asılı deyil. İkinci həyat yoldaşı da digər qanuni vərəsələr kimi miras hüququna malikdir", – deyə vəkil bildirib.
Mütəxəssis qeyd edib ki, Mülki Məcəlləyə əsasən, birinci növbə üzrə vərəsələrə vəfat etmiş şəxsin övladları, həyat yoldaşı və valideynləri daxildir. Bu şəxslər qanunla eyni növbədə vərəsə hesab olunurlar və mirasın bölüşdürülməsi də məhz qanunun müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.
Vəkilin sözlərinə görə, əgər vəfat edən şəxsin həm birinci nikahdan, həm də sonrakı nikahdan övladları varsa, onların hamısı bərabər hüquqlu vərəsələr hesab edilir. Eyni zamanda, vəfat edən şəxsin sağ qalan rəsmi həyat yoldaşı da həmin dairəyə daxildir.
"İnsanlar bəzən düşünürlər ki, ikinci nikah bağlanıbsa, yeni həyat yoldaşı miras hüququ əldə etmir. Bu, doğru yanaşma deyil. Rəsmi nikah mövcuddursa, həmin şəxs qanun qarşısında həyat yoldaşı statusuna malikdir və digər birinci növbəli vərəsələrlə birlikdə mirasdan pay almaq hüququ qazanır", – deyə Ramil Süleymanov vurğulayıb.
O əlavə edib ki, mirasın bölüşdürülməsi zamanı yalnız qanun deyil, vəsiyyətnamənin olub-olmaması da nəzərə alınır. Əgər vəfat edən şəxs sağlığında notariat qaydasında vəsiyyətnamə tərtib edibsə, mirasın bölüşdürülməsi həmin sənədin tələblərinə uyğun həyata keçirilə bilər. Lakin vəsiyyətnamə olmadığı hallarda qanuni vərəsəlik qaydaları tətbiq edilir.
Vəkil sonda vətəndaşlara tövsiyə edib ki, ailədaxili mübahisələrin qarşısını almaq üçün miras və əmlak məsələləri ilə bağlı hüquqi məsləhət almaqdan çəkinməsinlər. Onun sözlərinə görə, vərəsəlik hüququ ilə bağlı yanlış məlumatlar sonradan uzunmüddətli məhkəmə çəkişmələrinə səbəb ola bilər və bu səbəbdən hər bir məsələ qanunvericiliyin tələbləri əsasında qiymətləndirilməlidir.
Turan
00:51 / 13 Sentyabr 2026
81
00:35 / 13 Sentyabr 2026
412
00:14 / 13 Sentyabr 2026
937
00:06 / 13 Sentyabr 2026
393
23:49 / 12 Sentyabr 2026
99
23:38 / 12 Sentyabr 2026
178
23:34 / 12 Sentyabr 2026
124
23:31 / 12 Sentyabr 2026
93
22:35 / 12 Sentyabr 2026
92
22:31 / 12 Sentyabr 2026
81
22:26 / 12 Sentyabr 2026
140
22:25 / 12 Sentyabr 2026
247
22:22 / 12 Sentyabr 2026
107
22:14 / 12 Sentyabr 2026
106
22:13 / 12 Sentyabr 2026
791
22:02 / 12 Sentyabr 2026
737
21:52 / 12 Sentyabr 2026
190
21:34 / 12 Sentyabr 2026
382
21:25 / 12 Sentyabr 2026
3557
21:20 / 12 Sentyabr 2026
93
21:14 / 12 Sentyabr 2026
105
21:05 / 12 Sentyabr 2026
84
20:48 / 12 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.