Dəfn pulu almaq üçün işləmək şərtdirmi?
21 Avqust 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
6858
24.05.2026, 10:32
Ştat ixtisarı ilə əlaqədar işçiyə ödənilən müavinətdən vergi və icbari tibbi sığorta haqqı tutulurmu?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu24.com-a bildirilib ki, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda Əmək Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən bağlanılmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
* işçinin əmək stajı bir ilədək olduqda - azı iki təqvim həftəsi;
* bir ildən beş ilədək olduqda - azı dörd təqvim həftəsi;
* beş ildən on ilədək olduqda - azı altı təqvim həftəsi;
* on ildən çox olduqda - azı doqquz təqvim həftəsi.
Əmək müqaviləsinə Əmək Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq, müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
* bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;
* bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında;
* beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
* on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, müəssisənin ləğv edilməsi və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verilməsi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq qaydada ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.
Həmçinin, ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə, işçilərə Əmək Məcəlləsinə müvafiq olaraq ödənilən təminatlar məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb edilmir.
22:25 / 21 Avqust 2026
42
22:11 / 21 Avqust 2026
53
21:57 / 21 Avqust 2026
62
21:30 / 21 Avqust 2026
59
20:56 / 21 Avqust 2026
63
20:52 / 21 Avqust 2026
63
20:14 / 21 Avqust 2026
74
19:42 / 21 Avqust 2026
88
19:21 / 21 Avqust 2026
90
19:08 / 21 Avqust 2026
165
18:46 / 21 Avqust 2026
96
18:41 / 21 Avqust 2026
76
18:33 / 21 Avqust 2026
92
18:20 / 21 Avqust 2026
74
18:10 / 21 Avqust 2026
109
17:59 / 21 Avqust 2026
95
17:45 / 21 Avqust 2026
119
17:30 / 21 Avqust 2026
99
17:10 / 21 Avqust 2026
131
17:00 / 21 Avqust 2026
85
16:58 / 21 Avqust 2026
96
16:46 / 21 Avqust 2026
88
16:32 / 21 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.