Əlillik təyinatı ilə bağlı RƏSMİ AÇIQLAMA
13 Noyabr 2026, 11:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
697
12.03.2026, 15:50
Ali Məhkəmə 24 dekabr 2025-ci il tarixdə qəbul edilmiş "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında ilk dəfə olaraq ad hüququna dair mühüm izahlar verib.
Bu barədə Oxu24.com-a məhkəmədən məlumat verilib.
Bildirilib ki, fiziki şəxsin addan, ata adından, soyaddan, təxəllüsdən (uydurma addan) ibarət adı olmaq hüququ olduğu kimi, hüquqi şəxsin də firma, kommersiya və ya müəssisə adından ibarət ad hüququ mövcuddur.
Bir şəxsin adından başqa biri tərəfindən icazəsiz istifadə olunması, səhv və ya təhrif edilmiş şəkildə təqdim edilməsi, şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi, fiziki şəxsin adının anonimləşdirilməli (məxfiləşdirilməli) olduğu halda açıq şəkildə yayılması və sair bu kimi hüquqazidd davranışlar şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə hesab edilməklə mülki məsuliyyət yaradır.
Şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi dedikdə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə edilən davranışlar, məsələn, saxta sosial şəbəkə hesabları yaradılması, müştəri cəlb etmək məqsədilə şəxsin adından istifadə edərək vizit kartı tərtib edib paylanılması, hüquqi şəxsin adında hərf dəyişikliyi edərək haqsız rəqabətə girilməsi, tanınmış tikiş fabrikinin adının əks olunduğu etiketlərin öz geyim məhsullarına yerləşdirilməsi və bu kimi digər hüquqazidd hərəkətlər başa düşülür.
Ad hüququnun pozulmasına məruz qalan şəxslər mülki qaydada tələb irəli sürərək pozuntunun tanınması, aradan qaldırılması – adın silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, ona düzəliş edilməsi və ya cavabın verilməsi, media subyektinin üzr istəməsi, hüquq pozuntusu barədə məhkəmə qərarının mediada dərc edilməsi və sair bu kimi şəxsiyyət hüquqlarının müdafiə üsullarından istifadə edə bilərlər.
Qeyd edilən hərəkətlərə məruz qalan fiziki şəxslər bu üsullarla yanaşı onlara dəymiş maddi və mənəvi zərərin ödənilməsini də tələb edə bilərlər.
Hüquqi şəxslər isə mənəvi zərər tələb edə bilməz, yalnız pozuntu nəticəsində onlara dəymiş maddi zərərin ödənilməsini tələb edə bilərlər.
11:55 / 13 Noyabr 2026
12
11:45 / 13 Noyabr 2026
22
11:40 / 13 Noyabr 2026
42
11:21 / 13 Noyabr 2026
151
11:15 / 13 Noyabr 2026
61
11:12 / 13 Noyabr 2026
70
11:00 / 13 Noyabr 2026
65
10:50 / 13 Noyabr 2026
65
10:45 / 13 Noyabr 2026
67
10:39 / 13 Noyabr 2026
76
10:25 / 13 Noyabr 2026
92
10:22 / 13 Noyabr 2026
107
10:20 / 13 Noyabr 2026
80
10:08 / 13 Noyabr 2026
347
10:02 / 13 Noyabr 2026
85
09:51 / 13 Noyabr 2026
159
09:46 / 13 Noyabr 2026
1106
09:44 / 13 Noyabr 2026
142
09:38 / 13 Noyabr 2026
112
09:34 / 13 Noyabr 2026
160
09:33 / 13 Noyabr 2026
91
09:31 / 13 Noyabr 2026
104
01:52 / 13 Noyabr 2026
303
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.