Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1026
13.01.2026, 19:32
Payız mövsümü ilə birlikdə kənd təsərrüfatı sahələrində məhsul yığımı başa çatır, lakin bəzi hallarda bu mərhələ təhlükəli və qanunla qadağan olunan davranışlarla müşayiət olunur. Xüsusilə əkin sahələrinin məhsul yığımından sonra yandırılması həm ekoloji, həm də hüquqi baxımdan ciddi fəsadlara yol açır.
Oxu24.com xəbər verir ki,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerlərinin yandırılması inzibati xəta hesab olunur və məsuliyyət yaradır.
Qanunvericiliyə görə, bu hərəkətə yol verən fiziki şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə olunur.
Əgər əkin sahəsinin yandırılması vəzifəli şəxs tərəfindən törədilərsə, həmin şəxs 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ilə cəzalandırılır.
Qeyd edilən inzibati xətalar üzrə işlərin araşdırılması və baxılması Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aiddir.
Müvafiq qurumlar bu halların qarşısının alınması, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və qanunun tələblərinin icrasının təmin edilməsi məqsədilə nəzarət tədbirləri həyata keçirirlər.
Mütəxəssislər bildirirlər ki, əkin sahələrinin yandırılması təkcə cərimə riski yaratmır, həm də torpağın münbitliyinə, ətraf mühitə və insanların təhlükəsizliyinə ciddi zərər vurur. Bu baxımdan fermerlər və torpaq sahibləri qanunvericiliyin tələblərinə əməl etməli, məhsul yığımından sonra torpaqla davranışda məsuliyyətli mövqe nümayiş etdirməlidirlər.
Hazırladı: Turan Etibaroğlu
21:22 / 14 Noyabr 2026
1
21:11 / 14 Noyabr 2026
113
21:04 / 14 Noyabr 2026
62
21:02 / 14 Noyabr 2026
65
20:56 / 14 Noyabr 2026
67
20:50 / 14 Noyabr 2026
78
20:38 / 14 Noyabr 2026
83
20:23 / 14 Noyabr 2026
712
19:54 / 14 Noyabr 2026
84
19:50 / 14 Noyabr 2026
92
19:36 / 14 Noyabr 2026
1398
19:15 / 14 Noyabr 2026
123
19:12 / 14 Noyabr 2026
119
19:05 / 14 Noyabr 2026
111
18:50 / 14 Noyabr 2026
117
18:43 / 14 Noyabr 2026
128
18:21 / 14 Noyabr 2026
839
18:09 / 14 Noyabr 2026
137
18:06 / 14 Noyabr 2026
563
18:03 / 14 Noyabr 2026
115
17:18 / 14 Noyabr 2026
230
17:15 / 14 Noyabr 2026
133
16:20 / 14 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.