Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
747
15.12.2025, 10:34
Azərbaycanın Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Vəkillər Kollegiyasının (RVK) İllik Konfransında iştirak edib.
Bu barədə Oxu24.com-a VK-dən məlumat verilib.
Bildirilib ki, RVK-nın sədri Traian Briciu açılış nitqi ilə çıxış edərək iki ölkənin qurumları arasında əməkdaşlığın inkişafının mühüm əhəmiyyət daşıdığını söyləyib.
VK-nın sədri Anar Bağırov İllik Konfransda çıxış edərək göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirib. Sədr Azərbaycan və Rumıniya Vəkillər kollegiyaları arasında mövcud əməkdaşlığın əhəmiyyətini nəzərə çatdıraraq bu cür görüşlərin iki ölkə vəkilləri arasında peşəkar münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib. Eyni zamanda Anar Bağırov qurumlar arasında əməkdaşlığın gələcəkdə də daha sistemli, məqsədyönlü və geniş formatda davam etdiriləcəyinə əminliyini ifadə edib.
İllik Konfrans çərçivəsində nümayəndə heyətinə xüsusi diqqət və ehtiram əlaməti olaraq "Ədliyyənin rəqəmsal gələcəyi" mövzusunda təqdimat Azərbaycan dilində nümayiş etdirilib.
Daha sonra iki qurum arasında geniş tərkibdə görüş keçirilib.
Görüşdə Kollegiyanın sədri Anar Bağırov son illərdə Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları və bu islahatların tərkib hissəsi olaraq VK-da görülən genişmiqyaslı işlər, mühüm yeniliklər, habelə əldə olunan nəticələr barədə məlumat verib.
Bununla yanaşı, sədr vəkillərin davamlı tədris proqramlarında iştirakının əhəmiyyətini vurğulayıb, pulsuz və dövlət hesabına göstərilən hüquqi yardımlar, sosial layihələr, aztəminatlı şəxslərə dəstək tədbirləri, maddi-texniki bazanın gücləndirilməsi, eləcə də Hüquqi Yardım və Tədris Mərkəzlərinin və digər qurumlarının fəaliyyəti barədə danışıb.
Sonra VK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Gözəl Hüseynzadə Kollegiyanın fəaliyyəti və əsas istiqamətləri üzrə görülən işlərə dair təqdimatla çıxış edib.
Həmçinin görüş zamanı iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran müxtəlif məsələləri müzakirə edərək gələcək birgə fəaliyyət üçün potensial imkanlar barədə razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, geniş tərkibdə görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edib.
14:47 / 15 Noyabr 2026
52
14:34 / 15 Noyabr 2026
118
14:25 / 15 Noyabr 2026
89
14:19 / 15 Noyabr 2026
74
14:02 / 15 Noyabr 2026
247
13:27 / 15 Noyabr 2026
208
12:55 / 15 Noyabr 2026
1178
12:36 / 15 Noyabr 2026
312
12:28 / 15 Noyabr 2026
134
12:11 / 15 Noyabr 2026
125
11:52 / 15 Noyabr 2026
185
11:43 / 15 Noyabr 2026
119
11:29 / 15 Noyabr 2026
133
11:20 / 15 Noyabr 2026
121
11:20 / 15 Noyabr 2026
130
11:10 / 15 Noyabr 2026
123
11:07 / 15 Noyabr 2026
741
10:50 / 15 Noyabr 2026
132
10:25 / 15 Noyabr 2026
286
10:21 / 15 Noyabr 2026
126
10:18 / 15 Noyabr 2026
123
10:12 / 15 Noyabr 2026
150
09:35 / 15 Noyabr 2026
539
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.