Yağışda avtomobilin nömrəsini itirən sürücünü nə gözləyir?
18 May 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
611
10.12.2025, 21:11
Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma hansı məsuliyyətə səbəb olur?
Oxu24.com xəbər verir ki,bununla bağlı Cinayət Məcəlləsinin 341-ci maddəsində bəhs olunur.
341.1. bəndinə görə,rəisin və ya vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi və ya xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda-
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
341.2. Eyni əməllər:
341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;
341.2.2. silah tətbiq olunmaqla törədildikdə;
341.2.3. ağır nəticələrə səbəb olduqda—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
341.3. Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hazırladı: Nigarxanım
Həmçinin oxuyun
20:10 / 18 May 2026
3
20:05 / 18 May 2026
17
19:59 / 18 May 2026
25
19:54 / 18 May 2026
29
19:43 / 18 May 2026
78
19:41 / 18 May 2026
44
19:39 / 18 May 2026
37
19:21 / 18 May 2026
201
19:18 / 18 May 2026
48
19:15 / 18 May 2026
63
19:12 / 18 May 2026
115
19:05 / 18 May 2026
356
18:59 / 18 May 2026
153
18:55 / 18 May 2026
68
18:12 / 18 May 2026
113
18:03 / 18 May 2026
407
18:02 / 18 May 2026
99
18:00 / 18 May 2026
68
17:53 / 18 May 2026
143
17:49 / 18 May 2026
69
17:44 / 18 May 2026
67
17:28 / 18 May 2026
296
17:25 / 18 May 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.