Bələdiyyə üzvünün vəzifələri nələrdir?
09 Yanvar 2026, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
650
08.12.2025, 13:59
Azərbaycan Respublikasının Ali Məhkəməsi ölkənin məhkəmə-hüquq sisteminin ali instansiyası olaraq, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində ən yüksək mərhələni təşkil edir. Məhkəmə Konstitusiyaya əsaslanaraq, aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanuniliyini və ədalətliliyini yoxlayır, hüquqi praktikanın vahid şəkildə tətbiqini təmin edir.
Oxu24.com xəbər verir ki,Ali Məhkəmə mülki, cinayət, inzibati və iqtisadi kollegiyalardan ibarətdir. Hər bir kollegiya öz sahəsi üzrə daxil olan şikayət və kassasiya müraciətlərini araşdıraraq, hüquqi məsələlərə son nöqtəni qoyur.
Belə ki, Mülki Kollegiya-Ailə, əmlak, müqavilə mübahisələri, əmək münasibətləri kimi mülki hüquqa aid işlər üzrə daxil olan kassasiya şikayətlərinə baxır.
Cinayət Kollegiyası-Cinayət işləri üzrə aşağı instansiya məhkəmələrinin çıxardığı hökm və qərarlardan verilən şikayətləri araşdırır.
İnzibati Kollegiya-Dövlət qurumlarının qərar və hərəkətlərindən narazılıqla bağlı vətəndaşların şikayətlərini, yəni inzibati işləri araşdırır.
İqtisadi Kollegiya-Vergi, sahibkarlıq fəaliyyəti, təsərrüfat mübahisələri və kommersiya xarakterli işlərlə bağlı kassasiya şikayətlərinə baxır.
Eyni zamanda Ali Məhkəmə məhkəmə-hüquq sistemində vahid məhkəmə təcrübəsinin formalaşmasına nəzarət edir və lazım olduqda plenum qərarları ilə hüquqi boşluqlara aydınlıq gətirir.
Qurumun fəaliyyəti ədalət mühakiməsinin şəffaflığının artırılması, proseslərin rəqəmsallaşdırılması və vətəndaşların məhkəmələrə çıxış imkanlarının genişləndirilməsi istiqamətində də mühüm addımlarla müşayiət olunur. Onlayn müraciət, elektron sənəd dövriyyəsi və açıq məhkəmə məlumatlarının paylaşılması bu islahatların əsas hissəsidir.
Ali Məhkəmə öz missiyasını bir cümlə ilə ifadə edir: qanunun aliliyinin qorunması və hüququn hamı üçün bərabər tətbiqi. Bu instansiya cəmiyyətin ədalətə olan inamını möhkəmləndirən ən vacib dövlət qurumlarından biridir.
Həmçinin oxuyun
Onu da qeyd edək ki, Ali Məhkəmə binası 5 mərtəbədən ibarətdir. 9 zal mövcuddur və yalnız 2 zal istifadə olunur. Konfrans zalı, plenumun iclas zalı, muzey və digər yerlər var. Rəsmi tədbirlərdə, xarici qonaqlar gəldikdə, təqaüdə çıxan hakimlər üçün tədbirlər keçirildikdə konfrans zalından istifadə olunur.
Muzeydə digər ölkələrin Ali Məhkəmələrinə, Prokurorluqlarına aid kiçik nümunələr, Məhkəmə Hakiminin xüsusi geyiminin nümunəsi və s. mövcuddur.
Çimnaz Ağayeva
01:49 / 10 Yanvar 2026
342
01:00 / 10 Yanvar 2026
122
00:40 / 10 Yanvar 2026
746
00:09 / 10 Yanvar 2026
130
00:07 / 10 Yanvar 2026
227
23:59 / 09 Yanvar 2026
284
23:59 / 09 Yanvar 2026
132
23:54 / 09 Yanvar 2026
79
23:52 / 09 Yanvar 2026
154
23:42 / 09 Yanvar 2026
125
23:39 / 09 Yanvar 2026
86
23:35 / 09 Yanvar 2026
75
23:27 / 09 Yanvar 2026
66
23:24 / 09 Yanvar 2026
78
23:19 / 09 Yanvar 2026
109
23:11 / 09 Yanvar 2026
109
23:00 / 09 Yanvar 2026
154
22:55 / 09 Yanvar 2026
135
22:42 / 09 Yanvar 2026
115
22:41 / 09 Yanvar 2026
2355
22:35 / 09 Yanvar 2026
138
22:28 / 09 Yanvar 2026
347
22:27 / 09 Yanvar 2026
82
22:21 / 09 Yanvar 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.