Qaynar xətt:

(+99450) 247 90 86

Sürücülərin diqqətinə! Bu halda 100 manat-3 bal cərimə oluna bilərsiniz

2025/01/25/1737802537_dyp-5.jpg

HÜQUQ

210

04.12.2025, 15:30

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfə təqdim etdiyimiz mövzu sürücülərin qaydaları pozması zamanı yazılacaq cərimə və balla bağlıdır.

İnzibati Xətalar Məcəlləsinin 327.2.maddəsinin tələblərinə görə,svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi  100 manat - 3 bal cərimə tətbiq olunur.

3.1 "Giriş qadağandır" yol nişanının tələbinin pozulması

Sərnişin daşıma qaydasının pozulması

Əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulması

Yol ayrıcını keçmə qaydalarının pozulması

Ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına

1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə  də 100 manat -3 bal  cərimə müəyyən olunub.

Ona görə də sürücülərdən bu qaydalara əməl etmələri və diqqətli olmaları tövsiyə olunur.

Hazırladı: Şahbaz