Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
849
25.11.2025, 17:14
Şərti məhkum etmə nədir?
Bu dəfə bu suala cavab tapmağa çalışdıq.
Oxu24.com xəbər verir ki,Cinayət Məcəlləsinin 70-ci maddəsində bu haldan bəhs olunur.
Həmin maddəyə görə, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir.
Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər.
Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.
Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir.
Sınaq müddəti ərzində şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında məhkəmə, məhkumun üzərinə əvvəllər qoyulmuş vəzifələri tamamilə və ya qismən ləğv edə bilər, yaxud onun üzərinə yeni vəzifələr qoya bilər.
Hazırladı: Jalə
22:34 / 15 Noyabr 2026
1
22:24 / 15 Noyabr 2026
32
22:05 / 15 Noyabr 2026
491
21:57 / 15 Noyabr 2026
129
21:37 / 15 Noyabr 2026
805
21:07 / 15 Noyabr 2026
807
20:58 / 15 Noyabr 2026
441
20:55 / 15 Noyabr 2026
124
20:44 / 15 Noyabr 2026
283
20:39 / 15 Noyabr 2026
114
20:30 / 15 Noyabr 2026
138
20:09 / 15 Noyabr 2026
378
19:51 / 15 Noyabr 2026
415
19:37 / 15 Noyabr 2026
137
19:17 / 15 Noyabr 2026
143
19:09 / 15 Noyabr 2026
131
18:40 / 15 Noyabr 2026
148
18:05 / 15 Noyabr 2026
156
17:53 / 15 Noyabr 2026
2052
17:43 / 15 Noyabr 2026
802
17:16 / 15 Noyabr 2026
715
17:12 / 15 Noyabr 2026
4341
17:09 / 15 Noyabr 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.