Bunu edənlər 1500 manat CƏRİMƏLƏNƏƏCK – AÇIQLANDI
20 May 2026, 21:23
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
637
20.11.2025, 13:24
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu nikah pozulması zamanı əmlakın tərəflər arasında bölünməsi ilə bağlıdır.
Bu necə həyata keçirilir?
Nikahın pozulması zamanı ər və arvadın əmlakı aşğıdakı qaydada bölünür:
- Nikah münasibətinə daxil olan vaxtadək ər və ya arvada məxsus olmuş əşyalar onların hər birinin özünə məxsusdur və nikah pozularkən həmin əşyalar bölüşdürülmür.
- Nikah dövründə ər və ya arvada vərəsəlik üzrə keçmiş, həmçinin hədiyyə edilmiş əşyalar onların hər birinin özünə məxsusdur və nikah pozularkən həmin əşyalar bölüşdürülmür.
- Arvadın (gəlinin) cehiz olaraq gətirdiyi əşyalar, həmçinin ona oğlan tərəfdən hədiyyə olaraq verilmiş qızıl-zinət və digər əşyalar arvada məxsusdur. Cehiz olaraq gətirilmiş əşyalar məhv olduqdan və ya onların fiziki olaraq qaytarılması mümkün olmadıqda onların dəyəri ərdən alınaraq arvada verilir.
- Nikah dövründə əvəzli olaraq əldə edilmiş əşyalar, həmin əşyaların ər və ya arvadın hansı birinin qazancı hesabına əldə edilməsindən asılı olmayaraq, ər və arvadın birgə əmlakı hesab edilir və nikah pozularkən bölünür. Ər və ya arvadın yanında saxlanılan uşaqlar nəzərə alınaraq hər hansı birinin payı digərindən daha cox müəyyən edilə bilər, lakin ümumi qayda olaraq bərabər hissəyə bölünür.
- Nikah dövründə kreditlə alınmış əşyalar, həmçinin ipoteka ilə alınmış əşyalar bölünərkən həmin əşyaların nikah dövründə ödənilmiş məbləği birgə əmlak hesab edilir və həmin məbləğ tərəflər arasında bölünür.
- Nikah dövründə edilmiş borclar da, ər və arvadın hansı tərəfindən edilməsindən asılı olmayaraq hər ikisi bərabər məsuliyyət daşıyır, O şərtlə ki, borc almış tərəf həmin pulu və ya əşyanı ailənin birgə məqsədləri üçün sərf etdiyini sübuta yetrisin.
Hazırladı: Miri Məcidli
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.