Bunu edənlər 1500 manat CƏRİMƏLƏNƏƏCK – AÇIQLANDI
20 May 2026, 21:23
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
1038
19.11.2025, 11:33
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu şantaj və buna görə,məsuliyyətlə bağlıdır.
Şantaj necə müəyyən edilir?
Oxu24.com-a mövzu ilə bağlı danışan vəkil Esmira Rzayeva bildirib ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci - "Hədə-qorxu yolu ilə tələb etmə" fəslinin 182.1-ci maddəsinə görə, hədə-qorxu ilə şəxsin haqqında rüsvayedici məlumatlar yaymaq cinayət əməli sayılır. Odur ki, belə vəziyyətlərlə üzləşdikdə hüquq-mühafizə orqanlarına müraciət edilməlidir.
Vəkil Esmira Rzayeva bildirib ki, şantajın müəyyən edilməsi üçün telefon zəngi və ya vhatsap səsi kifayət edir:
Şantaj məsələn "Sənin mənim əlimdə cəmiyyətə məlum olmayan hansısa gizli məsələ var ki, mən açsam, sən rüsvay olacaqsan. Sən mənə filan qədər pul verməsən, məndə olan o materialı sabah yayacağam və sən biabır olacaqsan" deyilməsi artıq şantajdır. Artıq sənin bu materialı hardasa yayıb-yaymamağının mahiyyəti yoxdur. Artıq cinayət başa çatmış hesab olunur və şəxs 182-ci maddədə nəzərdə tutulmuş hərəkəti etmiş olur. Yəni, artıq şəxs bununla bağlı məsuliyyət daşıyır. Şantaj ağır cinayətlər kateqoriyasındandır. Böhtanla bağlı Cinayət Məcəlləsində 147-ci maddə var. Böhtanın və şantajın şərtləri başqadır. Böhtan ayrıca özü cinayət əməlidir. Şantajla bərabər böhtanın olması cinayət əməlini daha da ağırlaşdırır".
Şantaj edən şəxsi 5 ildən 15 ilədək bəhs cəzası gözləyir:
"Şantaja görə ən aşağı 5 ildən başalayaraq həbs cəzası müəyyən edilir. Sadə şantaj olanda cəza 5 ildən 10 ilədək müəyyən edilir. Hədə-qorxu ilə tələb etmə mütəşəkkil dəstə tərəfindən olarsa, məqsədli şəkildə, zərərçəkmiş şəxsin sağlamlığına ziyan vurarsa, cəzanın müddəti 10 ildən 15 ilədək qalxır. Hədə-qorxu ilə tələb etmə cinayəti ağır cinayətlər kateqoriyasına aiddir."Bir nəfəri 7 ildən yuxarı cəza gözləyirsə, bu, ağır cinayət hesab edilir. Böhtan da qarışıq olanda iş iki maddə ilə daha da ağırlaşır".
Şantaj olunan şəxsin əlində şantaj materialı varsa, bu zaman birbaşa məhkəməyə müraciət olunmur, polisə məlumat verilir:
"Məhkəməyə müraciət Cinayət Məcəlləsinin dörd maddəsi ilə olunur:165, 166, 147, 148- ci maddə. Müraciət edilir və istintaq aparılır".
Konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Cinayət məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Buna görə də zərərçəkən şəxslər qorxmadan, çəkinmədən hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Şantaj olunarkən, hədələnərkən, qarşı tərəfin bu hərəkətinə dair məlumatlar toplayaraq polisin işini asanlaşdırmağa çalışın. Şantajçının səs yazısını, mesajlarını, məktublarını hüquq-mühafizə orqanına təqdim edin. Hərif heç bir iz saxlamayıbsa, o zaman onunla başqa şəxslərin şahidliyi ilə danışmağa, yəni şahidinizin olmasına çalışın.
Göründüyü kimi, şantaja görə qanunvericilikdə çox ciddi cəzalar nəzərdə tutulub . Buna baxmayaraq, şantajın qurbanı olan bəzi şəxslər məsələnin böyüyəcəyindən, daha çox insanın məsələdən xəbərdar olacağından ehtiyat edərək, onları şantaj edən şəxslər barədə polisə məlumat vermirlər. Bu insanlar şantaj edən şəxsin qurbanına çevrilirlər və daimi olaraq təhdid altında yaşamağa məcbur olurlar. Amma təcrübə göstərir ki, əksər hallarda şantaj qurbanı olan şəxslər sonda məcbur qalaraq polisə müraciət edirlər.
Hər bir halada, şantajla rastlaşan şəxsə psixoloji cəhətdən möhkəm olmaq və şantajla rastlaşdığı təqdirdə hüquqi tədbirlər görülməsi üçün vəkilə müraciət etmək məsləhət görülür.
Hazırladı: Miri Məcidli
00:59 / 21 May 2026
1
00:33 / 21 May 2026
30
23:47 / 20 May 2026
62
23:36 / 20 May 2026
52
23:16 / 20 May 2026
181
22:52 / 20 May 2026
154
22:49 / 20 May 2026
58
22:39 / 20 May 2026
69
22:28 / 20 May 2026
64
22:25 / 20 May 2026
56
22:19 / 20 May 2026
64
22:14 / 20 May 2026
158
22:10 / 20 May 2026
212
22:08 / 20 May 2026
254
22:05 / 20 May 2026
62
22:03 / 20 May 2026
83
22:02 / 20 May 2026
69
22:00 / 20 May 2026
64
21:57 / 20 May 2026
59
21:53 / 20 May 2026
74
21:52 / 20 May 2026
585
21:42 / 20 May 2026
254
21:39 / 20 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.