Baş prokuror bu məsələni müzakirə edib
14 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
847
14.11.2025, 13:10
"Şərurlu İsfəndiyar"ın vəkili cəzalandırıla bilər? O,məhkəməyə yalan məlumat verib?
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesində maraqlı və təzadlı anlar yaşanıb.
Onun vəkili Ülvi Nəsibli deyib. müvəkkilinin səhhətində problem olduğunu,məhkəmə prosesi uzandığı üçün müalicə almağa görə İsfəndiyar Axundovun ölkə xaricinə gedə bilmədiyindən gileylənib.
Maraqlı və ziddiyyətli olan isə odur ki,İsfəndiyar Axundovun səhhətində problem olmasından özünün xəbəri yoxdur.Belə ki,prosesdən sonra səhhəti haqda məlumat almaq üçün iş adamı ilə əlaqə saxlayan “Qafqazinfo”ya İsfəndiyar Axundov deyib:
"Əşi,səhhətimdə problem yoxdur,yaxşıyam.Xaricə, zada getmək istəmirəm.Vəkilim nə deyibsə,onun özündən soruşun".
Müvəkkili barədə proses iştirakçılarına və hakimə həqiqəti əks etdirməyən məlumat verən vəkilləri hər hansı cəza gözləyirmi?
Oxu24.com məsələnin hüquqi tərəfinə nəzər salıb.Məhkəməyə yalan məlumat verən vəkil hansı məsuliyyəti daşıyır?
Mövzu ilə bağlı Azərbaycan Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü,tanınmış vəkil Ruslan Vəliyev də münasibət bildirib.
Fotoda Ruslan Vəliyevdir.
"Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş Vəkillərin Etik Davranış Qaydaları Haqqında Əsasnaməyə görə vəkillər məhkəmələrlə,eləcə də hüquq-mühafizə orqanları ilə əməkdaşlıq zamanı dürst olmalıdırlar və yalan danışmamalıdırlar.
Həmin əsasnaməyə uyğun olaraq vəkillərin borcudur ki, müdafiə etdikləri şəxsin maraqlarına və mənafeyinə uyğun olaraq işin müsbət həlli məqsədi ilə(proses iştirakçılarından kiməsə çətinlik yaratmırsa,bu dəfələrlə baş vermirsə,başqa şəxslərin hüquqlarına və mənafelərinə toxunmursa)məhkəmələrin və hüquq-mühafizə orqanlarının iş fəaliyyətinə mənfi təsir etmirsə,vəkil məhkəmənin təxirə salınmasına dair vəsatətlə çıxış edə bilər.Bu halda işin təxirə salınması qanunazidd deyil.Hər halda məhkəməyə yalan danışmaq,həqiqəti əks etdirməyən yalnış məlumat vermək etik-davranış qaydalarının pozuntusu sayılır".
Oxu24.com yazıda adı hallanan vəkil Ülvi Nəsibli ilə əlaqə saxlayıb.O,məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib.
Miri Məcidli
00:08 / 16 Noyabr 2026
9
23:41 / 15 Noyabr 2026
79
23:35 / 15 Noyabr 2026
81
23:32 / 15 Noyabr 2026
70
23:07 / 15 Noyabr 2026
292
22:43 / 15 Noyabr 2026
379
22:34 / 15 Noyabr 2026
120
22:24 / 15 Noyabr 2026
97
22:05 / 15 Noyabr 2026
997
21:57 / 15 Noyabr 2026
450
21:37 / 15 Noyabr 2026
1249
21:07 / 15 Noyabr 2026
1197
20:58 / 15 Noyabr 2026
550
20:55 / 15 Noyabr 2026
152
20:44 / 15 Noyabr 2026
374
20:39 / 15 Noyabr 2026
135
20:30 / 15 Noyabr 2026
164
20:09 / 15 Noyabr 2026
441
19:51 / 15 Noyabr 2026
468
19:37 / 15 Noyabr 2026
154
19:17 / 15 Noyabr 2026
160
19:09 / 15 Noyabr 2026
146
18:40 / 15 Noyabr 2026
164
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.