Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
21 May 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
581
13.11.2025, 17:16
Bəzi hallarda ailələrdə uşağın mənşəyi ilə bağlı mübahisələr yaşana bilər.
Bu kimi məsələlər necə həll olunmalıdır?
Oxu24.com xəbər verir ki, Ailə Məcəlləsində qeyd olunub.
Alə Məcəlləsinin 44-cü maddəsində uşağın mənşəyinin müəyyən edilməsi qaydaları açıqlanıb.
Belə ki,uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur.
Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.
Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur.
Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır.
Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.
Hazırladı: Miri Məcidli
12:39 / 21 May 2026
1
12:37 / 21 May 2026
5
12:35 / 21 May 2026
10
12:29 / 21 May 2026
57
12:12 / 21 May 2026
153
11:51 / 21 May 2026
42
11:33 / 21 May 2026
48
11:29 / 21 May 2026
252
11:15 / 21 May 2026
341
11:11 / 21 May 2026
50
11:00 / 21 May 2026
56
10:56 / 21 May 2026
72
10:48 / 21 May 2026
380
10:39 / 21 May 2026
189
10:38 / 21 May 2026
62
10:34 / 21 May 2026
67
10:23 / 21 May 2026
60
10:19 / 21 May 2026
64
10:16 / 21 May 2026
64
10:13 / 21 May 2026
116
10:06 / 21 May 2026
66
10:05 / 21 May 2026
60
10:03 / 21 May 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.