Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
21 May 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
519
13.11.2025, 16:37
Bu dəfə təqdim etdiyimiz mövzu nikahın etibarsız sayılması barədədir.
Oxu24.com bildirir ki,bununla bağlı Ailə Məcəlləsində açıqlama var.
Məcəllənin 26-cı maddəsində nikahın etibarsız sayılmasını tələb etmək hüququna malik olan şəxslərdəndən bəhs olunur.
Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər:
nikah yaşına çatmayan şəxslə nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı
nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad);
nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad);
nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu;
pozulmamış əvvəlki nikah üzrə ər (arvad);
bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı;
saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad);
bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad).
Nikah yaşına çatmayan, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə bağlanan nikahın etibarsız sayılması barədə işə baxılarkən müvafiq icra hakimiyyəti orqanı işdə iştirak etməyə cəlb olunmalıdır.
Hazırladı: Nigar
12:39 / 21 May 2026
1
12:37 / 21 May 2026
5
12:35 / 21 May 2026
10
12:29 / 21 May 2026
57
12:12 / 21 May 2026
153
11:51 / 21 May 2026
42
11:33 / 21 May 2026
48
11:29 / 21 May 2026
252
11:15 / 21 May 2026
341
11:11 / 21 May 2026
50
11:00 / 21 May 2026
56
10:56 / 21 May 2026
72
10:48 / 21 May 2026
380
10:39 / 21 May 2026
189
10:38 / 21 May 2026
62
10:34 / 21 May 2026
67
10:23 / 21 May 2026
60
10:19 / 21 May 2026
64
10:16 / 21 May 2026
64
10:13 / 21 May 2026
116
10:06 / 21 May 2026
66
10:05 / 21 May 2026
60
10:03 / 21 May 2026
245
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.