Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
22 May 2026, 19:18
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
619
08.11.2025, 23:46
Bu dəfə təqdim etdiyimiz mövzu məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası ilə bağlıdır.
Oxu24.com xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsində xüsusi açıqlama var.
Məcəllənin 137-ci maddəsinə görə,əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.
Müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir.
Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.
4. İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.
Hazırladı: Miri Məcidli
00:17 / 24 May 2026
45
00:03 / 24 May 2026
42
23:59 / 23 May 2026
57
23:56 / 23 May 2026
63
23:50 / 23 May 2026
51
23:39 / 23 May 2026
163
23:36 / 23 May 2026
196
23:33 / 23 May 2026
74
23:25 / 23 May 2026
80
23:19 / 23 May 2026
77
23:17 / 23 May 2026
68
23:14 / 23 May 2026
128
23:11 / 23 May 2026
120
23:00 / 23 May 2026
164
22:51 / 23 May 2026
564
22:46 / 23 May 2026
82
22:45 / 23 May 2026
66
22:31 / 23 May 2026
84
22:20 / 23 May 2026
86
22:02 / 23 May 2026
78
21:45 / 23 May 2026
179
21:35 / 23 May 2026
165
21:28 / 23 May 2026
168
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.