Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
22 May 2026, 19:18
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
817
06.11.2025, 12:14
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu alimentlə bağlıdır.
Aliment hansı miqdarda ödənilir və kimlərdən aliment tələb olunur?
Bununla bağlı vəkil Zöhrab Əskərov Oxu24.com saytına danışıb.
Vəkilin sözlərinə görə,ata könüllü şəkildə Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsinə gedib,doğulanın atası olduğunu yazılı şəkildə etiraf edirsə,atalığın tanınmasına dair şəhadətnamə tərtib olunur və uşağa doğum haqqında şəhadətnamə verilir.Əks halda,atalığın müəyyən olunması bir qayda olaraq məhkəmədə həll olunur.Azərbaycan Respublikasının Ailə Məcəlləsində əksini tapıb ki,valideynlər uşaqlarını saxlamağa borcludurlar.Ailə Məcəlləsinin 76-cı maddəsində göstərilir ki, valideynlərin qazancının,gəlirinin dörddə bir hissəsi miqdarında aliment tutulması nəzərdə tutulur.Həmin Məcəllənin 78-ci maddəsində isə sabit pul məbləğində aliment tutulması göstərilib.Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin plenimum qərarında təsbit olunub ki,valideynlərin qazanclarının,gəlirlərinin hər uşağa görə,0.62 misli miqdarında aliment tutula bilər.
Vəkilin bildirdiyinə görə,Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 84-cü maddəsində ər və arvadın biri-birini saxlamaq vəzifəsi və lazım gələrsə,əlavə xərclərə cəlb olunması nəzərdə tutulub.
"Həmin Məcəllənin 89-cu maddəsində baba və nənələrin nəvələrini saxlamaq hüququ təsbit olunub.Eyni zamanda barəsində söhbət gedən Məcəllənin 92-ci maddəsində ögey oğul və qızların ögey ata və analarını saxlamaq vəzifəsi nəzərdə tutulub”,-deyə vəkil bildirib.
14:55 / 23 May 2026
105
14:53 / 23 May 2026
55
14:51 / 23 May 2026
52
11:44 / 23 May 2026
77
11:41 / 23 May 2026
98
11:40 / 23 May 2026
80
10:08 / 23 May 2026
142
01:03 / 23 May 2026
262
00:16 / 23 May 2026
552
00:09 / 23 May 2026
490
00:06 / 23 May 2026
253
00:04 / 23 May 2026
187
00:00 / 23 May 2026
475
23:49 / 22 May 2026
174
23:45 / 22 May 2026
631
23:43 / 22 May 2026
425
23:38 / 22 May 2026
317
23:30 / 22 May 2026
270
23:30 / 22 May 2026
158
23:19 / 22 May 2026
180
23:18 / 22 May 2026
202
23:14 / 22 May 2026
215
23:02 / 22 May 2026
1008
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.