Qaynar xətt:

(+99450) 247 90 86

ASAN Xidmətin yeni rəhbəri kimdir? (DOSYE)

ASAN Xidmətin yeni rəhbəri kimdir? (DOSYE)

HÜQUQ

2030

27.04.2018, 18:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"Prezident İlham Əliyev Ülvi Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (\"ASAN Xidmət”) sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
oxu24.com-un məlumatına görə, sərəncamla Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.   Ülvi Mehdiyev 1985-ci il yanvarın 30-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistratura pilləsini bitirib.
2005-2006-cı illərdə hərbi xidmət keçib. 2006-2009-cu illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin məsləhətçisi, aparıcı məsləhətçisi vəzifələrində çalışıb.